Saçına uymuş xəyalım çünki ənbərbu kimi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Saçına uymuş xəyalım çünki ənbərbu kimi,Ol səbəbdən incəlib qəddim olubdur mu kimi.
Ola ki, timsalıma bir baxa şəhla gözlülər,Ey müsəvvir, çək mənim təsvirimi əbru kimi.
Handa kim, bir gərdəni-siminü gül əndam ola,Bilmənəm kim, nə edim, məndən qaçarlar qu kimi.
Öz xoşumla mən əsiri-qəmzə olmazdım, vəliSehrə saldı ol xumar gözlər məni cadu kimi.
Макта — последний бейт с тахаллусом поэта. Vaqifəm, yoxdur mənə çahi-zənəxdandan nicat,Göstərir əhvalımı aydın üzün güzgu kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-sacina-uymus-xeyalim-cunki-enberbu-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gədə, mən qurban olum qaşları kaman bacına,Belə bir şux baxan kirpiyi peykan bacına,
Bilmənəm məndən neçün ol sevgili canan küsübBilmənəm məndən neçün ol sevgili canan küsüb,Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb,
Bərq vurub gün tək çıxar bir huripeykər hər sabahBərq vurub gün tək çıxar bir huripeykər hər sabah,Şərm edər onun üzündən mahi-ənvər hər sabah,
Neylərəm, belə munun mən... iqbal içinəNeylərəm, belə munun mən... iqbal içinə,Handa üz tutdum isə, düşdüm elə qal içinə,