Beynimə əl vura bilmirəm,qızdırma içindədir beynim bu gün.Neçə saxta sözün, həyasız yalanıninsandan üz döndərmişinsan üzünün soyuğu dəyib beynimə.Beynim qızdırıb bu gün.Özümlə baş-başa verib,özümlə danışa bilmirəm bu gün.ayrı düşmüşəm tənhalığımdan,ən isti xatirələrim beləyağışa düşüb məndən uzaqda,töyşüyüb yaddaşım,nəfəsi qaralıb ötən günlərimin bu gün.İçim kənar, yad, soyuq.İçim qürbət,içim özümdən, ana yurddan uzaq.Uzaqdan baxıram özüm özümə,görürəm, qızdırma içindədir beynim,qızdırmalıdır soyuq dəymiş beynimingəzdiyi doğma yerlər.Və bu yerlərin qayalarıgünbatanın rənglərinə söykənir...

1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов