Rəngi solmuş bir səslə
Rəngi solmuş bir səslədeyilərkən “sevirəm” sözü,qadın səsindərəng seçə bilməyəndəhəsrətin gözü,quru yurda,dağılmış ocağa dönürtəbiətin özü...Odur sus, saxlama həyatımırəngi solmuş səslə,soldurma yaşadığım buəlvan dünyanı,uydurduğum işığı beləsöndürmə gözlərimdə.Onsuz da bilmirəm,bilmirəm ömrüm kimdədir,ölümüm kimdə...
1983
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-rengi-solmus-bir-sesle
Клавиши ← → для перехода, R — случайное стихотворение