Bu dünya başdan-başa,İstərsən min il yaşa,Doğru deyəndə yalqız,Yalan deyəndə təkdir,Gah düzlük, gah kələkdir.Ümid bəzən Allaha,Bəzən bircə gülədir,Dünya neçin belədir?...

Yaranıb hər şey qoşa,Qoşa da dəyir daşa,Kimə alqış deyəsən,Boynun bircə kəndirlik,Sinən bir gülləlikdir...Ümid bəzən Allaha,Bəzən bircə gülədir,Dünya neçin belədir?...*

1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов