Bu yazıq, bu yetim isti,Bomboş, sonsuz səhrada,Nə Allah var, nə də doğru,Nə bir ağac arada.

Nə yalan var, nə əyləncə,Nə bir ümid yeri var,Burda biryolluq bağlanıb,Hətta ah keçən yollar.

Burda min il kəsilməyib,Cücü-mücü havası,Bu heçlikdə göz oxşayır,Siçan-miçan yuvası.

Bu düzənlik düzlük deyil,Yerin bir hissəsidir,Kiminsə sonsuz sevinci,Kiminsə qüssəsidir...

1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов