Əlvida, qurtaran yay,Payız gəlir qabaqdan,Bu yay sonuncu kərəGürzə çıxır qabıqdan...

Olan-qalan üzümlər,Əncirlər də yığıldı,Bu yayın sevincləri,Deyəsən lap ağ oldu.

Narın qum daha qızmır,Yandırmır ayaqları,Bir az soyuq bərq vurur,Xəzərin mayakları.

Yosun yaman çoxalıb,Daha ləpədöyəndə,Bədən dənizdən ürpür,Ayaq suya dəyəndə.

Gələn yayı oturubGözləyək düz doqquz ay,O doğulan günəcən,Əlvida, qurtaran yay...

1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов