Çay dəmsiz
Çay dəmsiz,fikirlər yöndəmsiz,aləm qəmsiz.Yenə nə çəkir, insan çəkir,yenə nə əkirinsanlar yox, insan əkir.Yenə bircə kədər var,kədərlər yoxdur.Yenə bircə səhər var,səhərlər yoxdur.Yalnız arzu çoxdurbu dünyada.Kasıbın qızı çoxdur.1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-cay-demsiz
Клавиши ← → для перехода, R — случайное стихотворение