Uzaqda görünüb sönən o işıq,Gecənin ən gözəl qısa sözüydü,Ya kasıb evində kədərli çıraq,Ya seyrək meşədə bayquş gözüydü.

Bir zəif meh əsib açır sinəmi,Sinəmdə nə qədər söz yeri varmış,Baxıram, unudub sevinci, qəmi,Dünyanın hər gözdə öz yeri varmış.

Bu iy heç nə ummur, yoxdur bir şərti,Dolunun döydüyü otlardan gəlir,O uzaq nal səsi, uzaq kişnərti,Tarixin getdiyi atlardan gəlir.

Bu yerlər boyanıb gecə rənginə,Hər ətri gecədir, səsi gecədir,Min şükür deyərdim verdiyi günə,Bilsəydim, Allahın özü necədir...

1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов