Gəl gedək
Gəl gedək,yavaş-yavaş,görək nə gəlir başımıza.Yalquzaq canavarlartəkunudaq dəstənin,sürünün nə olduğunu.
Acından ot yeyək,daş gəmirək,Allah rastımızaölü maral,yaralı dovşan çıxaranacan!Səksənəkyarpaq xışıltısından,ürkəkkol qaraltısından.Dalaq səksəkəli yuxuya...Başımızın üstünüilk qış alandaqoy düşsün yadımızadoğma dəstəmiz,baş-başa verib,isinməyimiz.Qoy düşsün yadımızadəstəylə basmarlayıb parçaladığımızceyranın ilıq qanı...Ağlayaq.Ulayaq.Ölək.Amma meşəmizinhər tərəfini,hər ağacını görək...
1969
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-gel-gedek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İndi də yağmurlu payızdan sonra,bacalarından tüstü qalxan
Yenə həyata qaytarmaq istəyirəmYenə həyata qaytarmaq istəyirəmKöhnə dostları.
Suyu qaçmış hovuzaSuyu qaçmış hovuzaBənzəyir dəniz indi,
Yer üzünün bir yerində dəYer üzünün bir yerində də,bütün insan və quş tarixi boyu
Стихи других поэтов
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.