Sənin bir ahındanyüz min yel dəyirmanıfırlanar...Sənin barmaqlarınVaryete səhnəsinəlüt - çılpaq çıxmışçöp kimi arıqqız uşaqlarıdır.

Yetişməmiş qız uşaqları...Sənin ahın, barmaqlarındağda təkənin ayağı altdanqaçmış bir daş kimigəlir üstümə.Bilirəm,o daşgicgahıma dəyəcəkəvvəl-axır.Və mən öldüyüm andaalışıb,iki nəhəng məşələ dönəcəktəkənin buynuzları.İşığa qərq olacaqdünya başdan-başa.Və o işıqdagörəcəksən getdiyimi.Gedərkən çiynimləşkafın üstündənyerə saldığımfarfor balerinanınqırıntılarını...Bir ah çəkəcəksən dərindən.O anfırlanmağa başlayacaqyer üzünün yel dəyirmanları.Varyete səhnəsinə çıxacaqbarmaqların yenə.Dirilib,onlara qoşulacaqfarfor balerina.Oynaya - oynayayüz min dəfəadımı pıçıldayacaq sana...

1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов