Görünmək, heç olmasa gözə dəymək,sevilmək istəyib,xoşbəxt olmaq arzusuylaBakının küçələrini gəzə-gəzə,yenə gəlib çıxıram bura,dirənirəm dənizə.Və gəmi dibi qoxuyan bu liman,min insan sifəti görmüş sularsanki deyir:“Doğumla ölüm arasında səbir var...”Və qışın ən sazaqlı günündəəynindən çıxıb yerə düşürümidlərin, arzuların libası...Və yenə soyuq,yenə yay həsrəti, yenə günəş yası.Və yenəyeganə təsəlli kimigəmi dibi qoxuyan dəniz havası...1983

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов