İstini cırıldada-cırıldada
İstini cırıldada-cırıldadaaraba keçdi.Sağında — dəniz,solunda — ürəyim.Bir araba da keçdi ömrümdən...
İlıq, bomboz divardapəncərə söndü.Sağında — başqa divar,solunda — ürəyim.Bir pəncərə də söndü ömrümdən...
Əlimi paltar asılan kəndirə uzatdım.Qırılıb həyətə düşdü kəndir.Sağında — torpaq,solunda — ürəyim.Bir kəndir də qırıldı ömrümdən...
Dördüncü barmaqda nişan üzüyüparlayıb, söndü.Sağında — başqa üzük,solunda — ürəyim.Bir üzük də parlayıb, söndü ömrümdən...
Özlüyümə gəldim ondan-bundan ayrılıb.Şeir yazıb, atdım yeşiyə.Sağında — ümidlərim,solunda — ürəyim.Bir şeir də yeşiyə atdım ömrümdən...
1963
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-istini-cirildada-cirildada
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi