Yığış!Yığış!Yubanma, qurban olum!Bu payızınQəflət yağışına kimiGetməliyik!Bax, o külək,BirdəfəlikZevin küçəsinə dönən kimiGöy üzünə yetməliyik.Qorxma,Qorxma,Qanadlarımız o anQüvvətlə dolacaq,Düşəcək yadımızaCanavarların,Pələnglərin,Durnaların,Ata-babalarımızın təcrübəsi.Göy üzündəTutub, saxlaya bilməyəcəklər bizi!Yığış!Yığış!Yubanma, qurban olum,Qoy Bakıda qalsınBu köynəklər,Cib saatı,Vətən həsrəti.Gedə bilməsəkBəlkə könlümə yatacaqBir gün,Adi günlərin, adi cəsarəti...Yox,Onda sənsiz gedəcəyəm,Cənuba gedən“Ulduzlara qoşulub”...

Yığış!Yığış!Niyə yubanırsan?Başa düş məni,Nə böhtandan qorxum var,nə ləkələrdən.Bilirsənmi,Orden kimi gəzdirərdim sinəmdəBöhtanları,Ləkələri.Ulduzlarla doluGöy üzünüPaqon kimi daşıyardım çiynimdə.Ancaq bu şəhərdəOnun-bunun iradəsiyləBasılmamış qapımızın zəngi,Başqa ayaqların sürətindənAsılı olmamışkən addımlarımız,Göy üzunə çatmalıyıq biz.Yığış!Doldurma çantaları.Vaxt az,Ömür bəlkə yarı.Kim bilir,Bəlkə tez dönəcəyikQapımızın bağlısına sarı?Yığış!Yığış!İnsan kinindən zəif,İnsan kinindən ləngdirKöçəri quşların qanadları.Tələs,Tələs,Doldurma çantaları!Qoy Bakıda qalsınBu köynəklər,Cib saatı,Vətən həsrəti...Tələs!

Tələs!Üfüqdən üfüqə kimiAydın görəcəyik solu-sağı,CəmlənəndəDünyanın varı,Bir yol üstə,Bir günUnudulacaq Xəzər —— Sovet İttifaqınındəniz suları...ÖmrümüzüSaxlayacayıq birtəhər.Bükəcəyik ömrümüzüSağ qalmağın kağızıyla.Bilirsənmi,Unudulacaq evlərimiz,Teatr, metro,Moskva, Luvr,Filmlərin cənnəti,AmmaYadımıza düşəcək hər gecəKonservatoriya komendantınınKiçik, isti kabineti...Yığış!Yığış!Yubanma, qurban olum!Bu payızınQəflət yağışına kimiGetməliyik.Qoy Bakıda qalsınSəmaya yayılan səsimiziBoğmayacaqBəyaz buludların azadlığı.Yığış!Yığış!Yubanma, qurban olum,Ömrümüzün qapısınaQulaqlar dirənib.Bir gün açılacaq qapı.

Onda...Tez ol,Tələs,Tez ol...Bilirəm,Başa düşürəm,İki gün qaldığın yuva daDoğma olurAyrılıq günü,Talan olsa da.Başa düşürəm səni.AmmaYolumuz daAsan deyil!Bəlkə bir ay uçacağıq,Bəlkə min il!Bizdən xəbərsiz olacaqBaşa düşülməmiş Allah.Nə var?Dözməli olacağıqBaşımıza gələn min oyuna!Bəlkə heçÇata da bilməyəcəyik,Ümidlərin cənubuna...Yığış...Yığış.Yığış!Yubanma, qurban olum!Bu payızınQəflət yağışına kimiGetməliyik.Göyə çatmaq üçünSaatlardaBeş-on səbr qalır!Çata bilmərik!QapılarınNifrətlə dolu arxası,Pərdələrin arasıBizi indi yola salır.

Yığış!Yığış!Bir azdan iş günüBaşlayacaq həyatda.Bir yerdəTər tökəcəklər yer üzünəAtlar və insanlar.Biz isəBəyaz buludlara gedirikİş yerindən icazə almamış.Yığış!Yığış!Bayaq zəngi basıbQəzet gətirdilər.İkinci dəfəBəxtimiz belə gətirməyəcək!İkiyə bölünəcəkİndimiz və gələcək.Arada isəƏllərimizİctimai divarlara dəyəcək.Bilirsənmi,OndaYa “nahaq uçmadıq”,Ya da “nahaq uçmaq istədik”,Deyəcəyik biz.Və o gündənZuğulba təpələrinə çıxanlaraBizsiz açılacaq dəniz...Özgə qayalarıKəsəcək ayaqlarımızı...Hər otağın öz qanunu,Öz məntiqi var.Bu otaqların qanununuMən yox,Doğulmağım və sağ qalmağım pozur.Mən adi qanı sevirəm.ÜzüməBağlıdırMəntiqlə açılıb-örtülən qapılar.Döyə də bilmərəm onları...Yığış!Yığış!Yubanma, qurban olum!Bu payızınQəflət yağışına kimiGetməliyik.Bu küləkBirdəfəlikZevin küçəsinə dönən kimiGöy üzünə yetməliyik.At o köynəkləri!Eşit,Ömründə heç olmasa bir dəfə eşitKöçəri quşlarınBizi çağıran səsini!Yadına sal canavarları,Pələngləri,Durnaları.UnutmaAta-babalarımızın təcrübəsini.Yığış,Yığış,Nə olub, axı...Tələs...Yığış...Axı yağış...Başa düş...Yox...Yığış...Axı yağış...Yağış...Niyə?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов