Səndən doğma, səndən yaxın,Bir ayrılıq, bir həsrətmiş,Sənsiz yaşadığım günlər,Dörd yüz illik əsarətmiş.

Bilməzdim, susuz dünyadaSəsinin bulağı varmış,Mirvarinin doğmalığı,Bacanağın bağı varmış.

Gəl, keçək bu daş-kəsəkdən,Keçək cənnət yolu kimi,Qoy tarixdə adım qalsınNüşabənin qulu kimi...

1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке