Səni də ələ alıb,Məni ələ saldılar,Olan-qalan çiçəklərSaraldılar, soldular.

Yenə də öz sözümlə,Öz üzümə durdular,Göydə uçan üç quşdan,İkisini vurdular.

Ömrün ağ bayraqları,Yenə yellə doldular,Bir ay, bir də min ulduzBuna şahid oldular...1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов