Səni yuxu basdı durduğun yerdə,Allahı duayla yorduğun yerdə,İndi son sözünü bu qum deyəcək,“Yorğun gözlərini tez yum” deyəcək...

Barmaqlar göz olub kağıza baxır,Şeirlə şairin göz yaşı axır,Kimsə quyu qazıb, ya tələ qurub,Sonsuz bir səhrada ağ yelkən durub...

Dəli sözlərini sapa düzəndə,Açılan mənaya ürək dözəndə,Deyirsən kaş həyat, kaş insan ola,Ömür də, ölüm də kaş bir an ola.

Özün axıdasan qanı damarda,Yapışıb qalmaya çiynin divarda,Düşdüyün ağ gündə, ya da ki darda,Bir dəfə biləsən, hardasan, harda...

1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов