Sol əlimlə sağ əliminArasında duman, dağ,Hansı əlim qürbətdədir,Hansı ölü, hansı sağ?

Sol əlimlə sağ əliminArasıyla çay axır,Hansı əlim batır suda,Hansı sahildən baxır?

Sol əlimlə sağ əliminArasında yağar qar,Hansı əlim istidədir,Hansı çöllərdə donar?

Sol əlimlə sağ əliminArasında qapı var,Hansı əlim döyər onu,Hansı görəsən açar?1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов