Yer altından
Yer altından,dəmir bellə,min itmiş şəhər tapılır,min sönmüş insan tapılır.Doğru,yalan tapılır.Kəllə olmuş başlarda,güllə olmuş daşlarda,saxsı bardaqlarda,daş yaraqlardaoxunur keçən,oxunur gedən...Bu əsrdə tapılır,yeni eradan əvvəl,gecə çağı çöldə itən...Yer altının yer üzlüyü,sınıq-sınıq,qırıq-qırıqqalxır üzə,qalxır bizə...Nələr yoxdu yer altında,nələr gəzmir sirr atında?Sümüklərin və daşların,latın, azəri adları,sümüyə,daşa dönmüş,zaman, dövran saatları.Sarı kəllə,sümük kəllə,quru kəllətəbəssüm tək yumşaq əlləsığallanır,ağıllanır...Quru kəllənin önündə,sümüklü təbəssümündəadam bəzən özünüdiri, amma kəllə sanır...Düşünürsən,birləşirsən quru, sarı kəllənindövranıylagünləriylə, anıyla.Bəlkə içini yeyirsən,bəlkə yalan deyirsən?Lakin deyirsən:— Kəllə, kəllə...Günümüz pis gətirdi,dövranımız nəs.Kəllə, kəllə, kəllə,yaxşı günlər olacaq bəlkə?Bəlkə, bəlkə, bəlkə...
1964
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-yer-altindan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kaş böyüyə-böyüyə səsi çıxaydı,nəğmə deyə biləydi ağac,
Yuxu iyi gəlirYuxu iyi gəlirhər yandan yenə.
Əl barmaqlarının dırnaqlarında şəkilƏl barmaqlarının dırnaqlarında şəkil,hər dırnaqda bir heyvan əksi,
Bir yanda, bir yerdə olsamBir yanda, bir yerdə olsam,xoşuma gəlsə oralar, yapışsam oralara,
Стихи других поэтов
Qalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
MəsnəvilərNeçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,