Barışaq
Əziz yarım, niyə məndən küsübsən,Gəl bizim bağlara gəzək, barışaq,Axıdıb didəmdən qanlı yaş tökmə,Al qələmdən əlinə yazaq, barışaq
Mən səni sevmişəm bundan əzəli,Tərk etmərəm sənin kimi gözəli,Danışan dilindir şirin məzəli,Sal ağzım içinə əzək, barışaq
Yazıq Məhəmmədi salgilən yadə,Həsrətin çəkməkdən gəldim fəryadə,Rəbb yetirsin bizi muradə,Qol-qola salıb gəzək, barışaq
Kitabxana.az · https://kitabxana.az/ru/works/varxiyanli-mehemmed-barisaq
Клавиши ← → для перехода, R — случайное стихотворение