Bizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.

Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz,Məni dildarımın eşqi beləcə saldı çölə.

O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,Unuda bilməyirəm mən onu bir an da belə.

Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür,Bəlkə aşiqdir o da sirrini faş etməz hələ?

İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir,Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə.

Макта — последний бейт с тахаллусом поэта. Yardan versə xəbər Vazehə o badı-səhər,Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви