Dərviş:

– Salam əleyküm, kərbəlayı Pirverdi.

– Əleykəssalam, ağa Dərviş, otur görək nə var, nə yox, keyfin qovraqdırmı?

Dərviş:

– Allah var, şəriki yox, ömri-şərifinizə duagu varıq.

Kərbəlayı Pirverdi:

– Dünyada nə görürsən, bir az danış görək.

Dərviş:

– Ay kərbəlayı, bu gün tezdən durub, təbərzini götürüb, həqqidust vura-vura şəhərdə dolanırdım. Gördüm ki, bir axund neçə nəfər fransız uşaqlarına dərs verir, tez-tez uşaqlara buyurur:

– Oxuyun görək.

Uşaqlar biri dedi:

– Müsyö molla, siz buyurun, biz də öyrənək.

Molla başladı dərsi deməyə, mən də qulaq asırdım, belə deyirdi:

– Ya lam əlif la nuzən lan... yalan... Ya əlif yax zən yaxçi yaxçi... dək lam zən kül degil.

Bu dərsdən uşaqlar bir zad başa düşməyib gözlərini şappıldadırdılar. Yazıq molla da təngə düşüb ədəbdən ötəri hazırladığı dəyənəyi götürüb, ziyanlıq etmiş mal kimi uşaqları o qədər tapdadı ki, uşaqların fəryadına ataları gəldi dərs otağına. Uşaqlar atalarını görcək ürəklənib dedilər:

– Bu necə dərsdi ki, biz bunu heç başa düşmürük. Bizim Parijdə belə dərs yoxdu.

Ataları cavab verdi:

– Balam, siz hələ uşaqsınız, başa düşmürsünüz ki, mən sizə nədən ötrü bu dərsə qoymuşam, – deyib getdi içəri.

İndi kərbəlayı Pirverdi, sən dünyagörmüş bir qocasan, məni bir dürüst başa sal görüm nədən ötəri bu firəng uşaqlarını iranlıların təzə üsul mədrəsəsinə qoymuyub, bu Adəm babadan da irəlidən qalan köhnə üsul ilə oxudur...

Kərbəlayı Pirverdi:

– Ağa Dərviş,

Get dolangilən, xamsən hənuz,
Püxtə olmağa çox səfər gərək.

Bu firənglər aqibətəndiş və çox bilmiş adamlardı. Onlar yaxşı bilirlər ki, təzə üsul mədrəsədə nəhayət elmi-coğrafiyadan, həndəsədən, fizikadan oxuyacaq, axırda da çörək tapmayıb, acından öləcək. Amma bir-iki il köhnə üsul ilə oxuyub başlarına bir “a... ya...” qoysalar, çox çəkməz ki, hərəsi İranda əlli-altmış qəryə sahibi olarlar. Necə ki Hacı Mirzə... Tehranda və cənab Hacı Mirzə... ağalar Təbrizdə, Xoyda, Səlmasda, Urmidə, Marağada, Ərdəbildə, nə bilim, hər şəhərdə, hər kənddə...

Dərviş:

– Kərbəlayı Pirverdi, Allah atana rəhmət eləsin, məni yaxşı başa saldın. Sabahdan mən də gedib o mollanın yanında oxuyaram, heç olmasa mərsiyəxan, ya özgə bir zad olub, xoşbəxt olaram ki...

“Tazə həyat” qəzeti, 27 sentyabr 1907, №131

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 7

– Bu nə halətdir, ağa Dərviş, yenə üzündən zəhər tökülür? Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub?– Əyləş, əyləş! Söyləyim. Bu gün mənim üçün, əfəndim, çox-çox bəd keçib. Əvvəla, nadürüstün birisi, adı böyük, özü naxələf, – necə ki, məlum oldu,-mənə yazmışdı ki, tezlikdə Allah qoysa Bakı şəhərində sakin olan İran fəhlələri üçün bir mərizxana dövləti – İran tərəfindən təmir olunacaq və mən də bu xeyir xəbərə inanıb, hazırlaşmışdım ki, şəhəri dövr edib, bu əhvalatı camaata cari edəm. Nagah məlum oldu ki, bu xəbər bilmərrə yalanmış və tamam İranda elə şəxs yoxdur ki, bu iş ağlına gəlsin. Qəmgin olmağımın əvvəlinci səbəbi budur. Genə bir-iki saat bundan keçmiş bir şəxsi-irani mənzilə təşrif gətirib, mənim əhvalımı daha artıq xərab etdi. Allah ona qəzəb eləsin! O cənab başladı ki, mən təəccüb edirəm, necə namus-qeyrət qəbul edər ki, İranın bir qonunluq rəiyyətləri qohum və əqrəbadan, külfətdən əl çəkib diyarbədiyar düşüb özgə vilayətlərdə, başıqapazlı, köməksiz, narəva sifətlərdə muzdurluqda ömr keçirsinlər! Və nə tövr? Allah göstərməsin! Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hambal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. Hələ deyəsən ağam bir neçə damcı göz yaşı da tökdü!

19052 мин
Balaca mütəfərriqələr 8

Qəribə mən vicudam, vallahi. Özüm də təəccüb edirəm: birdən heç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xeyir xəbər eşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə heç təəccüb etmək yeri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad edən!Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gedən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangi-rəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir versinlər... Pəh, pəh, pəh, nə gözəl fikirdi, Tanrı! Hesaba gələn şey deyil. Yer üzündə hansı bang bir belə bangi – şərifə müqabif gələ bilər? Heç biri! Bəs mən necə ruhül-ərvah oxumayım ki, cəmi müsəlman vilayətlərində mümkündür darülfünunlar və cürbəcür məktəbxanalar. Mən necə şad olmayım? Şad olsun məni şad edən!.. Siz tanrı, bircə dürüst diqqətlə hesab ediniz. Milyonlar milyonlar üstə və həmişəlik. Nə durmusan qulami-millət, başla ruhül-ərvahı. Mövlayi-mən...

19051 мин
Balaca mütəfərriqələr 9

Bu dəfə Rəcəbəlinin qonaqlığı mənə haram oldu. Məclis arəstə, bir-iki istəkan atma şirin çaydan sonra qonaqlardan birisi başladı ki, Dərvişə layiq deyil yalan demək. Birisi rişxəndlə buyurdular ki, bizim Dərviş yalan gopuyan dərvişlərdən deyil.– Ağalar! Eyhamla danışmaq lazım deyil, buyurunuz görüm, mən nə vaxt yalan demişəm? Allah lənət eləsin yalan deyənə, dilim lal olsun, hərgah mən ömrümdə yalan demiş olsam. Səhvim olub, doğrudur, amma yalanım olmayıb deyim mən.

19052 мин
Balaca mütəfərriqələr 10

– Mən ki qəti ümid eləməmişəm. Ağa Dərviş, ruzgarımız inşallah belə keçməz.– Allah eləsin, qardaşım. Ancaq bu halda əhvalımız çox qolaydı. Nə qədər dedikcən qolaydı.

19052 мин

Стихи других поэтов