Qəribə mən vicudam, vallahi. Özüm də təəccüb edirəm: birdən heç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xeyir xəbər eşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə heç təəccüb etmək yeri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad edən!

Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gedən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangi-rəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir versinlər... Pəh, pəh, pəh, nə gözəl fikirdi, Tanrı! Hesaba gələn şey deyil. Yer üzündə hansı bang bir belə bangi – şərifə müqabif gələ bilər? Heç biri! Bəs mən necə ruhül-ərvah oxumayım ki, cəmi müsəlman vilayətlərində mümkündür darülfünunlar və cürbəcür məktəbxanalar. Mən necə şad olmayım? Şad olsun məni şad edən!.. Siz tanrı, bircə dürüst diqqətlə hesab ediniz. Milyonlar milyonlar üstə və həmişəlik. Nə durmusan qulami-millət, başla ruhül-ərvahı. Mövlayi-mən...

– Ağa Dərviş, aram tut, başına dönüm, yoxsa tamam xalqı karvansaradan qaçırdarsan.

– Mövlayi-mən...

– Biçarə Dərviş dəli olub, görəsən səbəb nə ola?!

– Bilmək istəyirsən, əfəndim, bəs buyur bazara. Mən getdim, xudahafiz!

– Get. Vallah, yenə xəbərin yalan çıxacaq, başına döyə-döyə qalacaqsan. Hanı bizim camaatda elə kəslər ki, qəlbi şad edən işlər bina etsinlər? Cənab Məşədi Nemətqulumu edəcək?..

“Həyat” qəzeti, 8 iyul 1905, №24

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 37

– Ağa Dərviş! İran viran olub?!Səni görüm sual sahibi, evin tar-mar olsun. Balam, nə üçün mənim naxoşluğumu təzələndirdin?.. Zəf, əsəb naxoşluğu canımı alıb, gecə-gündüz, vaxtbivaxt şeytanlar ətrafımı tutub. Biri çağırır: “İsfahan məra bəsəst”. Birisi deyir: “Ağa Dərviş, mütrüblərə bir tamaşa et”. Həyasız... nifrət edirik. Dilim gəlmir ərz edim... Deyir: “Ağa Dərviş, mərmər sərvincik... Tfu, məlun rəxti-xabdan çıxıb qaçıram dəniz kənarına. Bir kimsə yox, dəli-divanə, bilməm hara gedim. Cin və şəyatin məndən əl çəkmirlər...” Biri qolumdan dartıb hökm edir: “Bax, ağa Dərviş, bu divar altında zərd, zəif, lüt-üryan, başları altında palan yatanlara”.

19081 мин
Balaca mütəfərriqələr 38

...Məzəmmət yeri yoxdur, kərbəlayı, ixtiyar özümdə deyil... Mən nə edim, aşkar gördüm ki, vətənim, gözəl vətənim İran viran olur.İndiyədək padşahlarımız eyş-işrətə məşğul olur, bilmərrə bədbəxt vilayəti atıblar. Cəlladlar əlində günü-gündən zillətdə, axırın bu hala düşüb mənim yazıq vətənim, biçiz vətənim!.. Bizlərdə əgər insaf, mürüvvət olmuş ola, daşürəkli gərək olmuş olaq ki, belə müsibətə qan ağlamıyaq... Bir yerdə ki qırx gün ulaq üstə Tehrana kömür gələ, bir vilayətdə ki hər şeydə möhtac olasan əcnəbi tayfalarına, qazanc yeri bir kişmiş ola, bir düyü; əlbəttə, əcnəbilər, qanını içəcəklər, günü-gündən müflis, günü-gündən məzlum, yazıq vətən!..

19082 мин
Balaca mütəfərriqələr 39

Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim?Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz...

19091 мин
Balaca mütəfərriqələr 40

Xahi nə şəvi rüsva həmrəngi cəmaət şo**Yəqinən, oxucu qardaş, bu misranı eşitmisən, çünki xalq arasında çox mütədavüldür.

19101 мин

Стихи других поэтов