Balaca mütəfərriqələr 39
Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim?
Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz...
Oradan qulaqsız-burunsuz, təşrif gətirirəm Təbrizə. Vətən pərişan halətdə... Ciyərim odlanır, bağrım çatlayır...
Yetişirəm Eynüdövlənin qulluği-şərifinə... Nərə çəkib ərz edirəm: Sərdar! Şümr zilcoşən də sərdar idi Rey mülkü nəzərdə... Mahi-məhərrəm yetişib. Şümr adı bundan sonra zikr olunmayacaq... Vay sənin halına!.. Oğlan, bu fəna dünyada nə bais olub biçarə Təbriz əhlini həyəcana gətirmək?.. Rey mülkü? Yox... Qəpik-quruş? Xəbər... Bəs nəmənə?
Əlhəmdüllillah ki, cənab sərkarın xəzinəsində on quruş da yoxdur... Bəs, əfəndim, nə üçün Təbrizi topa tutmaq fikrindəsən?.. Cəllad!.. Cəllad!..
– Nə cürət edirsən, Dərviş?.. Vurun bu axmağın boynunu!.. Əbanı qaldırıb qan-tər içində nərə çəkirəm: Vay, fələk!..
Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla!
Nə hasil canə yetdim, yetmədim canənə, ya mövla!
“Tərəqqi” qəzeti, 12 yanvar 1909, №9
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-39
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur İvan bəyin evində, otaq xəlilər ilə bəzənmiş, mizlər, stullar düzülmüş, İvan bəy səndəl üstə əyləşib, dəftərxana kağızlarını bir-bir oxuyub, qol çəkib atır kənara, İsmayıl bəy və İbrahim bəy əyləşiblər... İskəndər qapının yanında ayaq üstə dayanıb.*İvan bəy**. Daha nə var, nə yox?
İkinci məclisVaqe olur bir balaca otaqda. İskəndər, bir nəfər yasavul , qabaqlarında Zinyət xanım və Səadət xanım daxil olurlar.*İskəndər**. Naçalnikin hökmünə görə siz burada qalacaqsınız. Ta Camal bəy oğlu Şahmar bəy ilə gəlib özlərini divan əlinə verənədək.
Üçüncü məclisVaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar.*Bəkir** (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır.
Dördüncü məclisVaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!
Стихи других поэтов
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,