İkinci məclis
Vaqe olur bir balaca otaqda. İskəndər, bir nəfər yasavul , qabaqlarında Zinyət xanım və Səadət xanım daxil olurlar.
İskəndər. Naçalnikin hökmünə görə siz burada qalacaqsınız. Ta Camal bəy oğlu Şahmar bəy ilə gəlib özlərini divan əlinə verənədək.
Zinyət xanım. Bağışla, adını da bilmirəm (əyləşir palaz üstə), Səadət, gəl otur yanımda!..
İskəndər. Mənim adıma yasavul başı İskəndər deyərlər.
Zinyət xanım. Təvəqqe edirəm naçalnikə deyəsiniz ki, mən və qızım burada acından ölməyə hazırıq, amma Camal bəyin ələ keçməyinə razı olmayacayıq. O dürüst arxayın olsun, əgər ondan ötəri bizi dustaq edibsə, böyük səhvi var... Görünür, məni və Camal bəyi yaxşı tanımamışsız.
İskəndər bəy. Bağışlayasınız, xanım, qanan, qeyrəti olan kəs razı olmaz ki, onun ucundan arvadı və qızı dustaqxanada, kazakların əlində qalsınlar.
Zinyət xanım. Xeyr, qeyrəti olan arvad heç razı olmaz ki, onun sahibini və oğlunu taxsırsız yox etsinlər, canını qurban edər... O ki qaldı kazaklar əlində qalmağa, sizi dürüst inandırıram ki, o adam hələ yaranmayıbdır ki, bizə yaxın gələ bilsin...
İskəndər. Hər halda mən öz ağamın hökmünə əməl edirəm. (Yasavula) Gecə-gündüz əlində tüfəng, durarsan bu qapının ağzında, heç kəsi bunların yanına qoymazsan!.. Qandınmı?.. Qapını da bağlarsan.
Yasavul. Baş üstə, arxayın ol, qoymaram...
İskəndər. Bu saat sənə bir yoldaş göndərim, növbət ilə qarovul çəkərsiniz...
Yasavul. Yaxşı olar. (İskəndər getmək istəyir.)
Zinyət xanım. Bir balaca dayan... Ola bilərmi bir qoca ya cahıl arvad tapıb verəsiniz, burada bizə həyan olsun?..
İskəndər. Xeyr, o ixtiyar məndə yoxdur, və ağlım belə kəsir ki, naçalnik də ona razı olmayacaq.
Zinyət xanım. Sən müsəlmansan, ya nə? Əgər müsəlmansan, layiqdirmi sənin adına və qeyrətinə ki bir müsəlman arvadını və qızını bir yad kişiyə tapşırıb gedəsən?.. Eyibdir sənin üçün!
İskəndər. Mən padşah nökəriyəm, borcumdur hər nə buyursalar ona əməl edim, mənim çörəyim bundan gəlir...
Zinyət xanım. Belə məlum olur ki, sizin gözünüzdə dünya malı qeyrətdən, namusdan artıqdır. Belə isə, bizim artıq danışığımız yersizdir, gedə bilərsiniz. Qarovulçu qardaş, sən də çıx buradan... Qapını bağla...
İskəndər və yasavul çıxırlar.
Zinyət xanım. Səadət, kazakların arasında bizi buraya gətirəndə camaata qatışıq, deyəsən, Cahangir bəy, gözümə dəydi axı...
Səadət xanım. Mən də gördüm, ana... Qaralmışdı... Çırtma vursaydın, qanı damardı...
Zinyət xanım. Görəsən bildimi bizi hara gətirdilər?..
Səadət xanım. Sonra mən çox axtardım, görə bilmədim. Onsuz da deyil ki, bilməsin...
Zinyət xanım. Mənim yəqinimdir ki, o dinc olmayacaq, özünü dağa-daşa vuracaqdır... Görəsən bizi buradan qurtara bilərmi?
Səadət xanım. Bu nə bəla idi, biz düşdük, ana? Evimizi tar-mar elədilər... Atamı, qardaşımı qaçaq saldılar... Biz özümüz də bu halda!..
Zinyət xanım. Heç fikir eləmə, qurban olum sənə... Bir azdan sonra baxıb görərlər ki, istədikləri baş tutmadı, bizi azad edərlər, gedərik evimizə... İndi bilirsən, qızım, iki gecədir ki, gözümüzü yummamışıq... Başını qoy dizimin üstünə, gör yata bilirsənmi, qurban sənə...
Səadət xanım. Yata bilməyəcəyəm, ana... Canım qalıb atamın və qardaşımın yanında... Kim bilsin, indi onlar hankı dərədə ac, susuz qalıblar...
Zinyət xanım. Elə fikirləri eləmə, qızım... Sənin atanı tanımayan yoxdur, onlar üçün hər bir mayə ehtiyac müyəssər olacaq, arxayın ol.
Səadət xanım. Kazaklar evimizin üstünə töküləndə, nökərlərimiz elə birdən yox oldular. Ana, görəsən onlar hara getdilər?
Zinyət xanım. Mən onlara dedim qaçsınlar. Qaçmaseydilər, onları da tutacaqdılar... Mən bilirəm, onlar bu saat atayın yanındadırlar... Əvvəl istədilər kazaklar ilə vuruşsunlar, mən yalvardım, qoymadım...
Səadət xanım. Hər nə isə, ana, yamanca evimiz tar-mar oldu, Allah səbəbin evini tar-mar etsin.
Zinyət xanım. Allah kərimdir, heç fikir eləmə, qurban olum sənə, Allah həqqi nahəqqə verməz... Bax, qızım, mən yatıram... Başını qoy dizim üstə, gör yata bilərsənmi?.. (Yatırlar.)
Bir az keçmiş.
Səadət xanım (qalxıb oturur). Yazıq arvad nə tez yuxuya getdi... İlan vuran yatar, amma mənim yuxum gəlməz... Yazıq atam, qardaşım bilsələr ki. bizi dustaq ediblər, mən bilirəm nə halətə düşəcəklər... Mənim Cahangirə də yazığım gəlir... (ağlayır) “Ay qız, mən cehiz-zad istəmirəm, Allah xatirinə bu işi tezcə qurtarsınlar” – yazıq Cahangir deyirdi. İndi iş belə qurtardı, bax...
Zinyət xanım (ayılıb). Ay qız, məgər sən yorulmamısan? Naxoşlarsan, qurban olum sənə, yaxın gəl qucaqlaşıb yataq.
Qucaqlaşıb uzanırlar. Bir az keçmiş.
Cahangir bəy (çöldən). Əlim-ayağım dəyməmiş dinməz-söyləməz aç qapını.
Xəlil. Tezcə ol, belə qadanı alım sənin, yaxşı oğlan...
İldırım. Daha qadan alım nədir? Vur boynunu, it boynu kimi düşsün yerə...
Yasavul. Daha nə üçün vurursan, qadan alım?.. Qoyun bu saat açım da!..
Səadət xanım (ayılıb). Bu nədir, ana, qurban olum sana... Ana, mən qorxuram...
Zinyət xanım. Qorxma, qızım, qorxma. Başına dönüm (qapıya yaxınlaşıb), kimsiniz?..
Xəlil. Qorxmayın, başınıza dönüm, bizik...
Cahangir bəy (yasavul a). A gədə, zalım oğlu, əlini pişik yeməyibdir ki! Tez ol də!
Qapı açılır, daxil olurlar otağa, xanımlar ayağa dururlar.
Cahangir bəy. Yasavulların birini də əldən qoymayın!..
Yasavul. Başınıza dönüm, vallah, billah, məndə taxsır yoxdur, məni öldürməyin, Allah xatirinə... Mən səsimi də çıxarmaram, sabahadək bu otaqdan çölə də çıxmaram, and olsun Allaha, ancaq mənə dəyməyin!..
Xəlil. Bu oğlanı özümüz ilə aparaq, yoxsa burada qalsın?
Cahangir bəy. Əl-ayağını səriyib, yıxın qalsın burada!..
İldırım. Qardaşım, uzan yerə, tezcə. Belə sənin qadanı alım, uzan görüm necə uzanırsan? Hm, tezcə...
Yasavul. Uzanım, başınıza dönüm... (Uzanır yerə və əl-ayağını səriyirlər.)
Xəlil. Belə rahatca yat, sənin qadanı alım. Yaxşı oğlandır, vallah. Bərəkallah!
Cahangir bəy. Ağzını da gərək bağlayasan!
Yasavul. Başınıza dönüm, ay ağa, ağzımı elə bağlasınlar ki, nəfəsim darıxmasın.
İldırım. Qorxma, elə bağlayacağam ki, nəfəsin bircə tikə də darıxmasın, bax, ha belə. Di yat.. Qardaşım, yat...
Cahangir bəy. Bismillah-rəhmanir-rəhim, hənirtisiz dalımca gəlin. (Gedirlər.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-kecmisde-qacaqlar-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əfradi-əhli-məclisBayraməli bəy – altmış iki yaşında, ağsaqqal, Avropa libasında*
Vay şələküm məələküm(Məhzəkə, 1 məclisdə)*Əfradi-əhli-məclis
Sonrakı peşmançılıq fayda verməz(3 məclisdə)*Əhli-məclis
Əvvəlinci məclisƏhvalat vaqe olur Səlman bəyin otağında; Səlman bəy əyləşib otağın bir tərəfində, yanında dəftərxana kağızları. Səlbnaz xanım oturub bir tərəfdə, yanında podnos və neçə stəkan-nəlbəki.*Səlman bəy** (saata baxır). Səkkiz tamama qalıb beş dəqiqə. Əzizim, sənin samavarın gec oldu, mən gedim. Bu gün poçt günüdü, tamam çinovniklər yığılıb.
Стихи других поэтов
Əyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyünBu fəna xatirinə nəfsə cəfa eyləmiyün
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
هر زمان آشفتهدل نامم کندبا دل آشفته در دامم کند
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.