Balaca mütəfərriqələr 34
Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...
Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:
– Ağa Dərviş, mən namazdan artıq özümə borc bilirəm öz cibimdən verib səni buradan məyus yola salmayım...
Məşədi buyurdu:
– İclasın hökuməti həddən ziyadədir, arxayın ol!..
Dəstxoşçu buyurdu:
– Biləsən, ağa Dərviş, o ilan yeyib, əjdaha olanlar mənim özümə nə zülmlər ediblər! Allah onların insafını kəssin!
Hacını yalançı pəhləvan gördüm... O ki qaldı qızıltəkbəndə, Allah ömrünü uzun eləsin, yüz sözündən biri bəlkə doğru ola...
On gündən artıq bu vücudların divanxana qapısında boynuburuq qaldım... Bu axşam qət edirik, sabah Allah qoysa, yəqin ki, iş düzələr...
– Nə var indi Badkubədə? Bir neçə gün qal hələ burada...
Xülasə, zavtra-zavtra düşdü araya, axırda qətnamə belə oldu ki, get ay batandan sonra gəl.
Əyləşdim haman dilicana. Dübarə toz boğdu məni və tamam yol uzunu öz-özümü məzəmmət elədim: sənin kimi dərvişə layiq olan işdimi kərbəlayı evinə gedib ondan təvəqqe etmək?! Layiqdirmi ki, dəstxoşçunun dükanının qabağını kəsdirib şikayət etmək, qızıltəkbəndi gözləmək?!
Axmaq dövrüyyəlikdən bixəbər, yalandan, palitikadan uzaq dərviş, belə Məşədi Nemətəli sağ olsun! Fəda olum onun səxavətinə. “Dünyada mənim nə dərdim var” – deyib vaqondan düşüb, üz qoydum mənzilə.
“Tazə həyat” qəzeti, 23 avqust 1907, №103
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-34
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. Bu qərar ilə oturub mənzildə bir günü xəyalıma gətirdim yer üzündə olan müsəlman qardaşlarımın haləti-hazırını. Nə gördüm? Hər yerdə zülmət, cəhalət gördüm, tiryək gördüm, bəng gördüm, zülm gördüm; birəhm, bimürüvvət, kəmfürsət gördüm... Haqq sözü qorxuda gördüm. Şikayətləndim: Xudaya, bu qəzəb göydənmi bizə gəlib, baqidirmi, ya bizim üçün bir nicat yolu var?– Ağlım dedi: qorxma, Dərviş, ətrafa bax, nicat yolunu görərsən... Baxdım, nicat yolunu gördüm. Nədən başlamalı? Min illərdir mənbərlərdə vəzlər oxunur. Xudaya, necə gözəl vəzlər!.. Şəriətdən, insaniyyətlikdən. Onunla belə tiryəkdən əl çəkmişik? Xeyr! Yuxudan ayılmışıq? Əstəğfürullah! Rəhm-mürüvvət artıb? Müsəlmanlığa yaxınlaşmışıq? Nə, nə, nə, nə!
Balaca mütəfərriqələr 14– Salam əleyküm, ağa Dərviş! Oğlan, heç görünmürsən, yəqin ki, qorxursan çölə çıxmağa?– Hara görünüm, atam, məgər şəhərin halından xəbərdar deyilsən?
Balaca mütəfərriqələr 15– Salam əleyküm, ağa Dərviş!– Əleykəssalam, kərbəlayı! Buyur görək!
Balaca mütəfərriqələr 16– Sənin borcun “amin” demək olsun, kərbəlayı, artıq danışmaq lazım deyil, bugünkü xəbərlər özgə cürə xəbərlərdir!– Baş üstə, ağa Dərviş, gözüm üstə, buyur görək?
Стихи других поэтов
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Birdi, birBizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir,Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir.
TərlanTovuz kimi sığal verib özünə,Düzübsən telini qabağa, Tərlan!
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.