– Salam əleyküm, ağa Dərviş!

– Əleykəssalam, kərbəlayı! Buyur görək!

– Xeyr, ağa Dərviş, bundan sonra mən bu mənzilə ayaq qoymayacağam, çünki mən səni həmişə bidamağ görürəm. Gələndə buraya, canım, mən feyziyab olmaq üçün gəlirəm, nəinki dərd-qüssə görməyə.

– İxtiyar məndə olmur, əfəndim, əyləş! Nə etməli! Üç-dörd gün bundan əqdəm “Həyat”ın 70-ci nömrəsində İran barəsində Rəştdən yazılan məktubu oxudum. Biçarə vətənimin haləti məni pərişan edib.

– O məktubu mən də oxudum, həqiqət, ağa Dərviş, orada işlər çox zaydır. Ancaq mən qana bilmirəm bir belə uzun qəflətə səbəb nədir? İran əhlinin qoçaqlığı, qabiliyyəti ki, aləmə məlumdur.

– Oğlum! İnsanın tərəqqi etməyə və ikmala yetişməsinə mübarizeyi-həyat səbəb olur və bu mübarizə bir qanuni-ümumidir. Məxluq, heyvanat və nəbatat və tüyur arasında zəiflər puç olur, amma qəvilər davam gətirib, ömür edirlər.

– Əgər bu qanun ümumidir, bəs nə üçün İranda bir iş görmürlər?

– Göz açmağa orada qadir olmayıb, camaat təsəllini tapıb tiryəkdə, bəngdə, bir-iki dərincə qullab vurub, “afərin bu qullabə” – deyib, qəribə vaqiələr görməyə məşğul olurlar... Mübarizeyi-həyatda məğlub olub fot olurlar. Fəhm etdin, qardaşım!

– Bəli, ağa Dərviş, qandım. Şirin-şirin yatıb, qoyunu qurda veriblər. Bəli, çəkişməsən bərkiməzsən... Zəhmət təbiət ilə insanın arasında əvvəldən mübarizədir. O mübarizə neçə-neçə gözəl işlər icad edib, dünya üzünə gətirməyə bais olub: teleqraf, telefon, qramafon və qeyri-qeyri maşınlar... Zəhmət və elm birləşib səbri-tamam ilə təbiəti basıb, insana və onun mübarizə həyatına kömək edib...

– İran da kişmiş icad edir, kifayət deyilmi?

– Onu da tiryəkə verib xanəxərab.

– Bəs nə etməli, ağa Dərviş?

– Bu suala cavab verməyi İran əyanlarına mühəvvəl elədik.

“Həyat” qəzeti, 2 oktyabr 1905. №76

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 49

...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...

19112 мин
Balaca mütəfərriqələr 50

Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).

19111 мин
Balaca mütəfərriqələr 51

...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.“Aqibət gürgzadə gürg şəvəd,

19112 мин
Balaca mütəfərriqələr 52

Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!

19141 мин

Стихи других поэтов