Balaca mütəfərriqələr 51
...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.
“Aqibət gürgzadə gürg şəvəd,
Gərçi baadəmi büzürg şəvəd”.
Babalarımızdan bizə irs qalıb, tənbəllik, vücud-bavücudluq və qeyri-qeyri sifətlər... Ona görə o “keçən günə gün çatmaz”ın mənasını mən qana bilmirəm. kişisən, övladın fikrini çəkmə, millət dərdini çəkmə. Qanma ki, dünyada insaniyyət nədir, fikrin ancaq olsun heyvaniyyət surətində dolanmaqda. Adın da qoy “keçən günə gün çatmaz”. Afərin sizə!
Kərbəlayı, babalarımızdan irs qalmış bizim çox qəribə adətlərimiz var. Nə qədər axmaq, nə qədər bifayda, başdan-ayağa səhv və bivicdan. Onlardan birini ərz edim:
Bir gün mənim evimi kəsib, olub-qalanımı apardılar. Evdə bir qaşıq da qalmadı. Bu müsibəti eşidib dost-aşna, bir on nəfər təşrif gətirdilər bəndəyə “təsəlli” verməyə. Bir həftə sübhdən axşamadək əyləşdilər mənzilimdə. Hər gün nahar, şam, şam, nahar... Həftə keçmiş, şeylərdən bir qədər tapıldı. Həzərat bu dəfə təşrif gətirdilər “gözaydınlığa”. Genə nahar, şam, şam, nahar, üç gün... Qab-qazanı qonşudan aldım, yüz manat borc etdim.
Bəndəyə “təsəlli”ni verən ağalarım heç fikir etmədilər ki, axır bu kişinin evi bərbad olub, buna kömək lazımdır, nəinki bunu borca salmaq, əziyyət vermək.
Belə gözəl adətlərimiz var, kərbəlayı. Müftəxor babalarımızdan bizə böylə şeylər irs qalıbdır... Nöqsanlı işlərimiz həddən ziyadədir. Kərbəlayı, Allah yar olsa, bir-bir ərz edəcəyəm. Hələlik xudahafiz!
“Yeni İrşad” qəzeti, 14 noyabr 1911, №64
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-51
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. Bu qərar ilə oturub mənzildə bir günü xəyalıma gətirdim yer üzündə olan müsəlman qardaşlarımın haləti-hazırını. Nə gördüm? Hər yerdə zülmət, cəhalət gördüm, tiryək gördüm, bəng gördüm, zülm gördüm; birəhm, bimürüvvət, kəmfürsət gördüm... Haqq sözü qorxuda gördüm. Şikayətləndim: Xudaya, bu qəzəb göydənmi bizə gəlib, baqidirmi, ya bizim üçün bir nicat yolu var?– Ağlım dedi: qorxma, Dərviş, ətrafa bax, nicat yolunu görərsən... Baxdım, nicat yolunu gördüm. Nədən başlamalı? Min illərdir mənbərlərdə vəzlər oxunur. Xudaya, necə gözəl vəzlər!.. Şəriətdən, insaniyyətlikdən. Onunla belə tiryəkdən əl çəkmişik? Xeyr! Yuxudan ayılmışıq? Əstəğfürullah! Rəhm-mürüvvət artıb? Müsəlmanlığa yaxınlaşmışıq? Nə, nə, nə, nə!
Balaca mütəfərriqələr 14– Salam əleyküm, ağa Dərviş! Oğlan, heç görünmürsən, yəqin ki, qorxursan çölə çıxmağa?– Hara görünüm, atam, məgər şəhərin halından xəbərdar deyilsən?
Balaca mütəfərriqələr 15– Salam əleyküm, ağa Dərviş!– Əleykəssalam, kərbəlayı! Buyur görək!
Balaca mütəfərriqələr 16– Sənin borcun “amin” demək olsun, kərbəlayı, artıq danışmaq lazım deyil, bugünkü xəbərlər özgə cürə xəbərlərdir!– Baş üstə, ağa Dərviş, gözüm üstə, buyur görək?
Стихи других поэтов
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Varİnsan oğlu yalan demə, yalan da var,Üzümə aydın görünmə, çiskinli duman da var.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Mən hazıram (Səməd Vurğun)Bu gün mənimSağlam bədənimdə qan-tərə batan