– Sənin borcun “amin” demək olsun, kərbəlayı, artıq danışmaq lazım deyil, bugünkü xəbərlər özgə cürə xəbərlərdir!

– Baş üstə, ağa Dərviş, gözüm üstə, buyur görək?

– Bir. Mənim gözlərimin işığı, ağa Musa, ağa Hüseyn, ağa Mirzə və qeyriləri kasıb tələbələrimizə kömək göstəriblər, Allah onları hər bir bəladan, xətadan mühafizət eləsin.

– Amin!..

– İki. Bu əhvalatı sahibi-kəramət və səxavət cənab Məşədi Nemətqulu eşidib, öz tərəfindən ildə səkkiz yüz manat həmin işdən ötəri kənara qoyub. Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın.

– Amin!..

– Üç. Övrətlərimiz, iki mindən ziyadə, fəda qeyrət, bu günlərdə bir yerə cəm olub hərəsi bir imperial, ya bir düzüm mirvari atıblar araya, satılsın və cəm olan məbləğə mədrəsə üçün mənzil təmir olunsun, əlavə əzin təklif olunsun, qeyri şəhərlərdə sakin olan qeyrətli bacılara bəqədri-məqdur bu işə kömək göstərsinlər.

– Amin!..

– Oğlan, mən dua etməmiş sən “amin” çağırırsan.

– Ağa Dərviş, məzəmmət eləmə, axır, iş bilirsən necə gözəl işdir ey!

– Doğrudur, əfəndim, pak, gözəl, mübarək işdir.

– Xudaya, pərvərdigara, sən onların sahiblərinə ömri-tulani ver, kasıblarına bərəkət və özlərinə xoşbəxtlik.

– Amin, ya rəbbül-aləmin!

– Dörd. Cəmi alış-veriş əhli-müslimin and içiblər bundan sonra müştərilərlə xoşrəftar olsunlar, ticarəti səbri-təmam ilə etsinlər, heç kimin qəlbinə dəyməsinlər. Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın.

– Amin!.. Necə məgər, amin!

– Axırıncı xəbər budur ki, ermənilər hər yerdə ki var, məsləhət-məşvərətdən sonra belə tədbir ediblər və qətnamə yazıblar ki, müsəlmanlarla barışıb, keçən illər kimi can bir qəlbdə dolansınlar və sidqi-dil ilə həmvətənlik etsinlər...

– Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın!

– Amin... ya rəbbül-aləmin.

“Həyat” qəzeti, 5 oktyabr 1905, №78

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü məclis

Vaqe olur Qulunun otağında. Bir dənə miz və bir neçə səndəli.*Qulu** (tək, səndəli üstə əyləşmiş, bikef). Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı?! İndi bu nə gündür mən çəkirəm? Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... Genə dərd yarı olardı, hərgah gedəndə heç olmasa bir soruşaydı ki, Qulu, səndə pul varmı, ya yoxdurmu? Ancaq elə buyurmağı bilir: filan otağın kağızını dəyiş, filankəs gələcək, ona yüz manat ver, gələn qonaqları yaxşı yola sal. Elə buyurur, guya Vartansifət atası gedəndə mənə min manat pul verib gedib... Canım yığılıb boğazıma, az qalıb baş götürəm qaçam.

189811 мин
Pul düşkünü Hacı Fərəc

(Məzhəkə, 4 məclisdə)*Əfradi-əhli-məclis

1 мин
Əvvəlinci məclis

Əhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə.*Kərbəlayı Rəcəb**. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram.

15 мин
İkinci məclis

Əhvalat vaqe olur həmin otaqda. Hacı Fərəc əyləşib səndəl üstə, yanında dəsmal, içi dolu xüşkəbər.*Hacı Fərəc** (Yusifi qucaqlamış). Əziz balam, sevgili balam! Gör əmi sənin üçün nələr gətirib eyy... Cibini aç görüm (Ciblərini xüşkəbərlə doldurur.) Oğlum, əmin sənə qurban, rus arvadı madam sənə yaxşı baxırmı?

12 мин

Стихи других поэтов