Pul düşkünü Hacı Fərəc
(Məzhəkə, 4 məclisdə)
Əfradi-əhli-məclis
Zinyət xanım – mərhum Ağa Heydərin övrəti, iyirmi beş yaşında, Avropa libasında
Yusif – onun oğlu, səkkiz yaşında
Güldəstə – Yusifin dayəsi, otuz iki yaşında
Hacı Fərəc Hacı Ziyad oğlu – altmış yaşında, Ağa Heydərin böyük qardaşı
Kərbəlayı Rəcəb – Ağa Heydərin qoca nökəri.
Balaqardaş – Hacı Fərəcin bacısı oğlu, otuz yaşında.
Rzaqulu – otuz üç yaşında.
Hacı Əli – qırx altı yaşında.
Ağa Qurban – tacir, qırx səkkiz yaşında.
Kərbəlayı Qulam – qırx yaşında.
Mahmud bəy – məhkəmə vəkili, cavan oğlan.
Pristav İbrahim bəy.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-pul-duskunu-haci-ferec
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar.Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur.
Balaca mütəfərriqələr 45Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!
Balaca mütəfərriqələr 46– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.
Balaca mütəfərriqələr 47– Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan...– Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz!