Balaca mütəfərriqələr 47
– Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan...
– Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz!
Ağamın bu sözlərindən ovqatım oldu təlx, cin vurdu başıma... Ərz elədim:
– Ağacan! Buyur görüm kimdədir taxsır? Buyur görüm sizlər nə vaxt camaat yolunda çalışmısınız, nə vaxt camaata baxıb durmusunuz?! Heç bir vaxt! Sizlər ancaq cibişdana qulluq etmisiniz... Aşkardır, bir tək cibişdana qulluq edən vücud məktəbə kömək edə bilməz və millət də onu tanımaz və tanımaq da istəməz... Belədir, atam, ya yox?
Ağamın boğazı qurudu, başladı udqunmağa, cavab verə bilmədi.
– Buyur görüm, ağacan, sizlərə məlumdurmu ki, bir nəfər uzaqdan gəlmiş cənab... Necə cənab?! Camaat arasında iğtişaş salıb, bir-birilə düşmən edib, işləri cürəbecürə fitnə-fəsad ilə qarışdırıb, indi yaman fikrə düşüb. Budur ərz edirəm, məcburam ərz etməyə, hərgah o cənabın fikirləri baş tutsa, onda vay, vay sizin halınıza!..
– Bilirəm nə deyirsən, ağa Dərviş, ancaq nə etməli? Camaatımızda hissi-ittifaq yoxdur...
– Çox pakizə, çox gözəl... Buyur görüm sizlərdə nə üçün yoxdur o hissi-ittifaq? Yoxsa cibişdan məsələsi mane olur? Vay, vay, ağacan!
Ağam artıq davam gətirə bilməyib yola düşdü, mən də üz qoydum mənzilə... Haləti-pərişan... Xəyalıma nə gəldi? Bilirsən kərbəlayı, nə gəldi? Bir bədbəxt, birəhm, bimürüvvət, nainsaf, bivicdan məsələ: “Məndən ötdü qonşuma dəydi, elə bildim ki, saman torbasına dəydi”. Belə məsələ, kərbəlayı, heç bir tayfada yox, ancaq bizim kimi bədbəxt nadanlar arasında davam edə bilər... Bədbəxt, yazıq tayfa! Xudahafiz, kərbəlayı! Bu gün sən mənim yaramın üstə od basdın, yaman hala saldın...
– Məgər, ağa Dərviş, mən insan deyiləm? Mənim özümün əhvalı pərişan oldu... Xudahafiz.
“Yeni İrşad” qəzeti, 2 oktyabr 1911, №27
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-47
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Qəziyyə, 4 pərdədə)*Əfradi-əhli-məclis
Əvvəlinci məclisƏhvalat vaqe olur Hacı Osmanın kənd evində, otaq sadə cahazlanmış, altı kürsü və bir miz, Hacı Osman başında yekə papaq, kürsü üstündə əyləşib...*Gülpəri qolları çirməkli daxil olur.*
İkinci məclisƏfradi-əhli-məclisHüseynəli xan – altmış yaşında, saqqalı xınalı*
Üçüncü məclisƏhli-məclisMikayıl – cavan həkim*
Стихи других поэтов
Can bülbülü olmuş zəğəni-nəfsə giriftar,Daim qəfəsi-sinədə eylər ona azar.
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır