– Kərbəlayı! Ay kərbəlayı!

– Oğlan, bir gəlsənə görüm!

– Salam əleyküm, ağa Dərviş!.. Hmmm... nə var, nə olub?

– Rahat əyləş, fikrin məndə olsun, vəssalam!

– Əyləşdim rahat, fikrim də səndə. Buyur, baba Dərviş, görək nə var?

– Bu var ki, əfəndim, Bakıda olan cəmi zərgərlər misqal-tərəzini düzəldib noxud əhvalatına. Bir qərar qoyublar ki, bundan sonra heç kim cürət edib fikrinə də gətirə bilməz ki, bu işdə və çəkidə bir əngəl var, ya ola bilər. Hmmm, necədir?

– Pəh, rəhmətliyin oğlu, mən də deyirəm görəsən nə var! Çox da tərəzi düzəldi və noxud əhvalatı da bir qərara qoyuldu, bəs onun qatmacası necə olsun?

– O asandır, əfəndim, işin saflığından şəkləndim, çək divan qapısına, dədəsin yandır, vəssalam!

– Bu belə, bəs sonra nə, ağa Dərviş?

– Vücudu zorba, belində şal qurşaq, qurşağa sancılmış qələmdan, küçələrdə bağıran: dua yazaram, cadu yazaram, bəxt açaram, oğul verərəm, qız verərəm; – belə şəxsləri heç görmüsən, kərbəlayı?

– Ço... o...x, nə olsun?

– Nə olsun? O cənabların işləri zaydır, qətnamə yazılıb: harada gördünüz məzəmmət və töhmət edib qovunuz. Yaxşı xəbərdir, kərbəlayı?

– Yaxşıdır, hərgah Dursunəli migüzərəd. Yəni övrətlər inansalar ki, belə vücudlar ancaq lənətə layiqdirlər, nəinki insan qadir olmayan işlərə.

– Yaxşı xəbərdir, sən mübarək de, kərbəlayı!

– Baş üstə, çox mübarəkdir.

– Bir xəbər də budur ki, pəncşənbə günü dövrə çıxmışdım, Quba meydanında dörd nəfər dərvişi mərəkə Quran gördüm... Dərvişlər bellərini əyib, ağızları köpüklü, nərə çəkib, meydanı gərdiş edirdilər. Məclis arəstə, ortalıqda bir sandıqça, içi dolu ilan, ilanları göstərib, bir neçə ovsun (əfsun) kağızlarını biri bir abbasıdan satıb cənab dərvişlər başladılar oyunbazlığa.

– “Bala Dərviş, əgər bilsən ki, əlimdəki nədir, bilirsən sənə nə verərəm?”

– “Billəm, baba Dərviş”.

– “De görüm, nədi?”

– “Əlindəki, baba Dərviş, almadır”.

– “Bərəkallah, bala Dərviş! Bala Dərviş, əgər bilsən...”

Bu məqamda bir cavan girdi meydana: “Dərvişlik oyunbazlıqdır məgər?” – deyib, dərvişlərə nə yemisən turşulu. “Qaraul” sədası dərvişlərdən asimana bülənd oldu. Gördüm ki, işlər zaydır, tüpürdüm dabana, qaçdım nə qaçdım...

“Həyat” qəzeti, 14 oktyabr 1905, №83

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü məclis

Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə.*İsmayıl bəy**. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin...

8 мин
Dördüncü məclis

Vaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır...*Xəlil**. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb?

5 мин
Pəhlivanani-zəmanə

Əhli-məclisAslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında*

18981 мин
Əvvəlinci məclis

Vaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.*Əhməd** (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!

189815 мин

Стихи других поэтов