Balaca mütəfərriqələr 4
Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır?
Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam...
Cənabın bu sözlərini həzərat təsdiq etdilər. Mən ərz elədim ki, dövlət yaxşı şeydir, hərgah sahibi sahib ola və bir də, ağalarım, bu barədə insan üç qism olar: biri hər gün qazandığın yeyib, sabah Allah kərimdir deyər. Biri bir şeyi qara gün üçün kənara atar, birisi də soğan-çörəyə, duz-çörəyə, quru balığa qane olub, böyük dövlətlər cəm elər...
– Xeyr, elə olmaq da bir şey deyil, dünyada istirahət də lazımdır.
Bu sözləri cənab Kərbəlayı Ağa Hacı buyurdular.
– Sənin milyonun ola, heç olmasa şorpa da yemiyəsən, elə olmaz ki! Günorta bir balaca qəlyanaltı hər nədən olsa olsun, amma abiguşt olmasa, mən heç yata da bilmərəm. Belə deyil, ağa Dərviş?
– Xeyr, ağa, belə deyil. Dünyada hər şeydən gözəlraq naəlaclara kömək etməkdir. Əlalxüsus onların içində yuxarıdan aşağı düşəni ola.
– Gördünüz, Dərviş özünə tərəf çəkdi.
– Əstəğfürullah. Ağalar, mən ağzı köpüklü, meydanlarda nağıl edən İran dərvişlərindən deyiləm, lənətulla, mən qulami-millətəm.
– Zarafatla dedim, ağa Dərviş, bağışla.
Bir az sükut və sükutdan sonra sahibi-xanənin təvəqqe etməyinə görə bir neçə qəsidə oxudum. Başladım ki, mövlayi-mən...
Xirqəvü səccadəra dadəm bəmey
Əzxərabat amədəm xummar var.
– Ağalar, “mey” burada, bəmənayi-məhəbbətdir və o şəxsin şənində oxunur hansı ki, insaniyyət yolunda, millət yolunda canını qurban etdi. Mən Dərviş o qeyrətə, o namusa nökərəm. Nə qədər canım sağdır, qulami-millətəm. Mövlayi-mən:
Hər kera dərsər, nəbaşəd eşqi-yar
Bəhri – u palanü əfsari biyar?
“Yar” haman mənadan, ağalar! Millətin haləti yadıma düşdü, məni bağışlayın, davam gətirə bilmirəm, gərək havaya çıxım. Xudahafiz.
“Həyat” qəzeti, 21 iyun 1905, №12
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə.*İsmayıl bəy**. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin...
Dördüncü məclisVaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır...*Xəlil**. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb?
Pəhlivanani-zəmanəƏhli-məclisAslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında*
Əvvəlinci məclisVaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.*Əhməd** (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!