Paho?
– Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan?
– Xeyr, bəy, sənin başın üçün heç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın neçəsidir. Ancaq arvadın qorxusundan evdə otura bilməyib qaçmışam.
– Bəri bax, ay kərbəlayı, mən ölüm bu günlərdə heç oğurluğa gedibsənmi?
– A bəy, sənin başın üçün neçə vaxtdan bəri heç bir şey oğurlaya bilməmişəm, çünki bu təzə naçalnik gələndən bəri əlimiz-ayağımız kəsilibdir, bir parça ətə həsrət qalmışıq.
– Söylə görüm, ay kərbəlayı, necə dolanırsız və ruzigarınız necə keçir?
– Nə deyim, ay bəy, fələyin çarxı dönsün. Bir zaman var idi, qılıncımın dalı da kəsirdi, qabağı da. Amma indi lap məəttəl qalmışam, heç bilmirəm nə eləyirəm. Adıma ağa deyirlər, amma özüm bir dana qova bilmirəm... Əlimdə bir sənətim də yoxdur ki, onun ilə məişət edə bilim. Vaxt belə təhərsiz olub ki, əl tərpətmək mümkün deyildir. Genə ömrü uzun olsun keçən naçalnikin, heç olmasa xırman döyməkdən ötrü bir neçə öküz əlimə düşmüşdü. Mənim bəxtimdən, ələf olmamağına görə, onlar da götürüm düşdülər. Ona görə cümləsin kəsib yedim. İndi qalmışam naçar.
– Ay kərbəlayı, o dul övrətin öküzünü qaytardınmı? Hansı ki, yaylaqdan yükü dalında və əli qoynunda biçarə övrət ağlaya-ağlaya arana qayıtdı.
– Ay bəy, sənin başın üçün haman götürüm düşən öküzlərin biri haman övrətin malıydı.
– Ay kərbəlayı, nə zalım adamsanmış, məgər o biçarə dul övrətə yazığın gəlmədi?
– Ay bəy, bu zamanda oğurluq eləməyənlər bir parça əlsiz-ayaqsız adamlardır. Əgər oğurluq olmasa idi, mən özüm də götürüm düşərdim. Nə eləyim, oğurluq eləməyən əl-ayaq altında qalır, heç kəs ona məhəl qoymur və salam dəxi vermirlər. O günlərdə sudda bizim Səlim ağanın bir işinə baxırdılar. Ermənidən, müsəlmandan şahid çağırmışdılar. Dedim ki, ha, ha. Barmağımı dikəltdim. Cümləsi and içib Səlim ağanın tərəfinə göstərdilər. İndi ay başuva dönüm, oğurluq olmasaydı, mənim sözümə kim qulaq asardı? Ay bəy, sən mənim dərdimi artırdın, durum gedim, malım itib, mal adına görüm heç olmasa bir uzunqulaq əlimə düşərmi?
– Get! Balam! Kərbəlayı, mövla sənə qənim olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-paho
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər.*Səadət xanım**. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər?
Altıncı məclisVaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada.*Əhməd** (ətrafa baxa-baxa gəlir). Ay bivəfa puç dünya! Bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu getdi... Cahangir bəyin yurd-yuvasını dağıtdılar, canı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa... Bu nə gündür mən özüm çəkirəm, bu nə candır mən özüm saxlayıram?! Yurdum itib, yuvam dağılıb, olmuşam qaçaq, gecə-gündüz bir saat bir yerdə otura bilmirəm... Dərd bilənlər getdi, dost-aşna getdi, mən tək qalıb nə olacağam?! Əhdimə vəfa elərəm, ondan sonra
Balaca mütəfərriqələr 1– Yahu, ya Allah, salam əleyküm. Əhvali-şərif? Oğlan, nə əcəb “Həyat”ın rəsmi-güşadına, yəni açılmasına təşrif gətirməmişdiniz?– Bana priqlaşeniye göndərməmişdilər və bir də, vallah, zanyatiyam o qədər çoxdur ki, sən öləsən abed də yadıma düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? Reç-zad deyən oldumu?
Balaca mütəfərriqələr 2Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi:– Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar?
Стихи других поэтов
Anam Suğraya ithaf edirəm*Gün keçir, zaman keçir, dövran çapır atını,
BörkEy mənə börkün eylə pişkəş,Pişkəşin başa yetişməyib yəqin.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
با هیچ رسید این صفت باده فروشاندایم ز سر سود شود مایه گریزان