Söylə cananə, səba, halım pərişan oldu, gəl!Çıxdı can, sud etmədi hər necə dərman oldu, gəl!

Qasidi-bisidqə aldanma, yetir, hal özgədir,Türfə şivənlər qopub üstümdə əfğan oldu, gəl!

Enmədən sinə vücudum, doldu qəbrim qan ilə,Gördüyün nazik bədən xak ilə yeksan oldu, gəl!

Rəxti-tərdən incinən tən həmdəm olmuş marilə,Üz tutub qarıncalar yollara karvan oldu, gəl!

Gördüyün zahir ələm tək şənü şövkət sahibiİndi pəjmürdə düşüb torpağa, pünhan oldu, gəl!

Макта — последний бейт с тахаллусом поэта. Neçələr giryan olubdur bu Vidadi xəstə tək,Didələr giryan olub çaki-giriban oldu, gəl!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов