Saqiya! Saqiya! Gətir gizlicə,Görənlər olmasın divanələr var.Nəşələr əməyim bu qəmli gecə,Bağrına od basan pərvanələr var.

Həyatin sonuymuş bir solğun çiçək,Qəmləri öldürən qəm olsa gərək,Açmadı ağlayan üzləri fələk,Cahanda göz yaşı, qəmxanələr var.

Saqiya! Dustağam zindan görməmişVüsalın dadı yox, hicran görməmiş,Bir mömin babayam quran görməmiş,Onda da şübhələr, əfsanələr var.

Nəsibim oldusa bu ahu-vaylar,Dün gecə əl verib bahara yaylar,Ucaldı göylərə şanli saraylar,Düşünməz nerədə viranələr var.

Saqiya! Saqiya! Yetir özünü,Cahanı görməyim, bağla gözümü.Şərqə söyləyirəm bu son sözümü:Yavrusuz üşüyən boş lanələr var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов