Səyahət
Ey vətən! Ey ana! Açıldı yolum,Ümidim sənəmi, qurbanın olum?Nədəndir demədin heç mənə — oğlum.Dolandın nerələr, de hankı yerlər?
Laçınlar yuvası, haylar ocağı,Kəsilmiş anacan, vəhşət ayağı.Yanırkən o gecə birliyin dağı,Titrədi Qafqazın qoynunda yellər.
Mən Ağrı dağında dayandım bir az,Bir qaya zirvəsi oxurdu şahbazO şiddətli qışın sonunda bu yazYuyurdu tozları kükrəmiş selər…
Başdan ayağadək geymiş qırmızı,Oxurdu türkülər bir gürcü qızıParladı gün kimi o dan yıldızı,Üzündə mərcimək, köksündə tellər.
Açılsın o gülün, baharım olsun,Lalə tək qızaran bir yarım olsun.Sonunda ömrümün məzarım olsunGəlinli çeşmələr, sünbüllü çöllər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-seyahet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
کار جهان چو زلف تو آشفته نیستی
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Qəzəl: Xürrəmdir aftabi-ruxundan bəhari-hüsnXürrəmdir aftabi-ruxundan bəhari-hüsn,Rəngindir abi-ruyunla laləzari-hüsn
Gəlsin, gəlməsinSəba, məndən söylə o gülüzara,Bülbül gülüstanə gəlsin, gəlməsin?