Sorma aqil kimsələrdən, sorma heç dünya nədir
Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,Böylə bir düstur qocalmış ideal olsun gərək!
"Hər kimin vicdanı pakdırsa o bir divanədir", -Bu kəlamın barəsində qilüqal olsun gərək!
Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,Göz yaşindan gözlənən məlhəm mahal olsun gərək!
Aqil olmaq istəyənlər bir-birindən küsməsin,Əhli-haldan dəm vuran kəs əhli-hal olsun gərək!
Hər bəlaya şir tək görməkdəyəm mən sinəmi,Vurğunun "Düşkün" adi Rüstəmi-Zal olsun gərək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-sorma-aqil-kimselerden-sorma-hec-dunya-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göz aldadan bir su kimiGah lal axar asta-asta,
Müxənnət"Kirpi"! Bir müxənnət tanıyıram mən,*Yəqin tanıyırsan birini də sən.*
Şair, nə tez qocaldın sənПоэт, как рано постарел ты...Ты, говорят, счастливый самый,
A "Dostlar"Yetər bu ayrılıq, bu fitnəkarlıq.Fitnənin axırı nədir, a "dostlar"?