Yenə də al geyib qızarır göylər,Əsir sərin-sərin dəniz küləyi,Açır gözlərini yuxudan səhər.Xoşdur təbiətin fikri, diləyi,Əsir sərin-sərin dəniz küləyi…

Suyun sahilində bir bağçacıq var,Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.Quş kimi dil açmış burda uşaqlar,Bu bağça nə qədər yaraşıqlıdır,Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.

Sahili döydükcə bəzən ləpələr,Şairin xəyalı uçub yüksələr.Dənizin seyrinə çıxır körpələr,Elə bil ulduzlar salama gəlir…Şairin xəyalı uçub yüksəlir…

Burda dəstə-dəstə gəzən balalarƏl-ələ tutuşub yallı gedirlər.Çalır orkestro… Onun qəlbi var,Verir körpələrə dünyadan xəbər,Əl-ələ tutuşub yallı gedirlər.

Günəşli gündüzlər nəslidir bunlar,Gözləri açıqdır, üzləri şaddır.Bu gün hünər dərsi verir oyunlar.Bizim körpələrin qəlbi azaddır;Gözləri açıqdır, üzləri şaddır.

Siz ey cəbhələrdə vuruşan ərlər!Günəşdən yarandı bizim nəslimiz.Arxasız deyildir sizin körpələr.Sinəmiz üstündə saxlayırıq biz;Günəşdən yarandı bizim nəslimiz.

Burda bu bağçada hor oğlan, hər qız,Böyüyüb bir igid, bir ər olacaq.Onların nəsibi həyatdır yalnız,Onların ilk dərsi hünər olacaq,Hər biri bir igid, bir ər olacaq.

Gəlin, balalarım, öpüm sizi mən,Bir duman görməsin xoş sifətiniz.Oxuyun, zövq alın mənim şerimdən,Var olsun qəlbiniz, məhəbbətiniz,Bir duman görməsin xoş sifətiniz!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе