-Şerim qanadlanıb tez tapsın onu*-Qardaşım Mazahir Hamid oğlunu*

Qanad çalıb uçdu yenə körpə tərlan yuvadan,Uçub getdi şimşək kimi göy dalğalı havadan.O qıy vurub şığıdıqca səsindəki gücə bax,Caynağında didim-didim parçalandı yapalaq.Qırıb tökdü sərçə kimi göy üzündə düşmanı.Tərlanıma salam verdi ulduzların karvanı…Alovların qucağında o yol açdı mərdana,Mərd oğula halal eylər öz südünü mərd ana.Tərlanımın qumral gözü qamaşmadı küləkdən,O hayqırıb maral kimi çıxdı min bir sürəkdən;Sıx buludlar, boz dumanlar qaldı ayaq altında,O düşmənə meydan açdı göyün yeddi qatında;O tufanlar arasında çatdı qara qaşını,Tezcə aldı qanadına yaralı yoldaşını.Dayanmadı qəhrəmanım, yenə süzdü irəli,Buludları parçaladı onun şahin gözləri.Aha… Qaçır qabağından, qaçır düşmən dəstəsi,Lakin ona "gəldim!" deyir tərlanımın nərəsi.Bir də, bir də qıy vuraraq çatdı bizim qəhrəman,İlişdirdi gülləsini quzğunların başından.Yandı düşmən təyyarəsi, alışdı bu davada,Alovlanıb duman kimi yanıb-söndü havada.Endi körpə tərlanım da yavaş-yavaş dənizə.Bir sərinlik gəldi o vaxt bizim də qəlbimizə.Qanadını gərdi suya, meydan açdı dalğalar,Tərlanımın göylərdə də, sularda da yurdu var.Düşdü axşam… Gəldi gecə… Görünmədi sahillər.Dəniz qara, gecə qara, işıqdan da yox əsər.Soyuq kəsir qılınc kimi… Qəhrəmanım dardadır,O danışır öz qəlbində: "Bizimkilər hardadır?"Dəniz coşur, köpüklənir… O qışqırır, bağırır,Sanki mənim tərlanıma kömək əli çağırır.Daldı mənim tərlanımın uzaq görən gözləri,Gəldi onun xatirinə atasının sözləri:"Oğul, harda dara düşsən, arxalan hünərinə,Sən ölümü bir an belə gətirmə gözlərinə…"Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə,Dalğalara sinə gərdi, meydan açdı o yenə.

Doğdu gül üzlü səhərİşıqlandı üfüqlər…Susdu dəniz bir anda.Lap uzaqda o yandaZirvəsi al bayraqlı,Tamam yarlı-yaraqlıBir gəmi görsəndi, bax,Dalğalan yararaq,Yaxınlaşdı bu yana,Bizim körpə tərlana."Aha, bizimdir" — deyə,Nərə çəkdi o göyə.Gəlib dayandı gəmi,Nə xoşdur vüsal dəmi.Artıq görüşdü əllər…Saf arzular əməllər.Oturdular gəmiyə.Günəş: "Yaxşı yol!" — deyəYola saldı onları,Bizim qəhrəmanları.

Yetişdi sahilə körpə tərlanım,Tarixdə ad qoydu o qəhrəmanım:"Tapşınq görüldü, yoldaş komissar!Mən yenə hazıram, nə əmriniz var?"Komissar yaxına gələrək bu an,Öpdü Məzahirin açıq alnından.Dedi: "Doğrudan da sən bir igidsən,Adınla fəxr etsin anamız Vətən".Gəldi ana yurda bu gözəl xəbər,Saz aldı söz qoşub, tərif deyənlər.Bəzəndi şöhrətlə hər çöl, hər çəmən,Nə qədər xoşbəxtəm bu dünyada mən.Tarixdə ad qoyur qəhrəmanlarım,Gündə min gül açır mənim baharım…Uçun, tərlanlarım! öpürəm sizi,Qəlbimdə döyünən saf qəlbinizi…Sizindir ilhamım, şerim əzəldən,Sizinçün yaşayıb, yaradıram mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе