Dərman verin!
Mənə dərman, dərman verin, qəlbim yanmasın,Günəş təbim şölə çəkib alovlanmasın…
Üzüqoylu torpaqlarda sürünüm ki, mən,Tərlan könlüm ağ buluda havalanmasın.
Yaşamağın, yaratmağın min bəlası var…Bu dərdimə inanmayan qoy inanmasın.
Məni candan usandıran arsız paxıllar,Rəzalətlə yaşamaqdan heç usanmasın.
Qucaq-qucaq oğurlasın sözümü "dostlar",Barı sənət qüdrətimi onlar danmasın.
Mən deyirəm yurdumuza dastanlar qoşaq,Rəvadırmı qələmdaşlar məni qanmasın?
Bu şerim də bir atəşdir! Qoy bunu ellərBir acizlik, bir şikayət kimi sanmasın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-derman-verin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Şirvan ki, səfadə min Sifahanə dəgər,Hər bir daşı yüz ləli-Bədəxşanə dəgər.
AddımlarSənət meydanına qədəm qoyuram,Qoy sözüm güc alsın elimdən mənim.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
PəriQaşlarının tağınıBənzətdim kamana, Pəri!