İlk bahar və mən
Yenə yaşıl don geyinmiş çəmənlər gülür,Təbiətdən ilham alıb ötür qumrular,Göyün zümrüd gözlərindən nurlar tökülür,Öz gözəllik dastanını açır ilk bahar…
Bu müqəddəs təbiətin saf şeriyyəti,İnsanlığı dəvət edir bəxtiyarlığa.Loğman kimi nəfəs verir bütün varlığaGünəş adlı bir təbibin böyük qüdrəti.
Torpaq qızır, qar əriyir, çaylar bulanır…Gah seyrəlir, gah sıxlaşır, əlvan buludlar.Qaraquşsa göy üzündə tənha dolanır –Ucalmaq da bir aləmdir, öz büsatı var!
Bəzən ömrü izdihamlar alır qoynuna,Dalğalarda qayıq kimi gəzdirir bizi.Şirnikirik hər məclisə, uyuruq ona,Xəyalatsız keçiririk günlərimizi…
Lakin eşit, nələr deyir sənə bu ömür:"Ayın, ilin, günün belə öz sayı vardır.Bu, taleyin gözlərinə çoxmu görünür?De, dünyaya hünərindən nə yadigardır?"
Bu sualı verir mənə nazəndə bahar –Bir bahar ki, qəlbi onun sənət səsidir.Ürəyimdə min saz tutub ötən duyğular,Yaşamağın, yaratmağın nəşidəsidir!
Bahar! Bahar! Ey günəşin sevdalı qızı!Yay aləmə şəfəq rəngli gur saçlarını…Öz alnına şərəf kimi yaz baxtımızı,Yaşat böyük eşqimizin söz gülzarını!
Qoca çinar! Bir sığallan kəhriz başında…Göy çəmənə xalı kimi öz kölgəni sər!Qoy hüsnünə salam versin müqəddəs səhər,Təbiətin çiçək açmış bahar yaşında!
Xoruz banı… Dan ulduzu… Şəfəqli ülkərVüqar ilə mən anıram ötən gəncliyi.Zaman-zaman min büsatlı dünyaya dəyər –Səssiz keçən bir axşamın qulaq dincliyi!
Yaşıl donlu dağlar döşü! Ey ağ çadırlar!Dolaylarda ilxı görüb kişnəyən boz at!Halal zəhmət, şirin yuxu, ətirli ruzgar,İlk ilhamım, ilk sözümdür müqəddəs həyat!
Körpə əmlik, ala çəpiş, yelinli inək,Sünbülləri dalğalanan o yaşıl zəmi.Qabarlı əl… Açıq alın, o sağlam ürək…Saymaq ilə bitən deyil ömrün aləmi!
Qurban kişi, qara torpaq, çalışqan kotan…Sinəsindən sözlər qoşan Tükəzban qarı!Qoy var olsun öz əlilə həyat yaradan,Azad zəhmət dünyasının mərd insanları!
Zəhmət dedim. Sual verin, nədir bu zəhmət! –Əvvəl başdan şirin ömrün bir şöhrətidir!Qara torpaq üstündəki min nazlı nemətYaşamağın, yaratmağın ilk qüdrətidir!..
Yaşa bahar! Yaşa həyat! Yaşa, ey zaman!Halal zəhmət şərəfini öz alnına yaz!..Azad yaşar bu qüdrətə güvənən insan,Nə düşmənə, nə də dosta o möhtac olmaz!
Ağ saqqallı dünya görmüş Bəxtiyar kişi!Bolluqmudur yurdumuzun bu ilki yazı?Sinəndədir yerin sirri, göyün gərdişi,Mən görürəm əlindəki köhnə dəryazı…
Alqış, sənin qollarına, qocaman hünər!Nə gümrahsan, təbiətdə qocalmaz ürək…Təslim olur dəryazına o göy biçənək,Düzüldükcə qatar-qatar yaşıl pöhrələr!
Səninkidir o xotmalar, o şiş tayalar,Səninkidir gecə-gündüz qaynayan tarla.Dağ başından əzəmətlə baxan qayalarŞöhrət tapır alnındakı o saf vüqarla!
Ana yurdun qız-gəlini! Yuyub qurudunO qocanın əynindəki tərli köynəyi.Şöhrətidir, vüqarıdır o, bizim yurdun,Yazılmamış bir dünyadır onun ürəyi…
O dastanı oxuduqca mən varaq-varaq,Deyirəm ki, o müqəddəs bir kainatdır.Axtarsan da bu dünyanı sən çıraq-çıraq,Qocalan hörmət görən bizim həyatdır!
Yeddi oğul atasıdır bizim Bəxtiyar,Od parlayır hər birinin öz qılıncından.Yeddi aslan ürəyinin bircə andı var:"Azad torpaq… Azad bahar… Bəxtiyar insan!"
Bu and ilə xəbər verir bizə cəbhədənBizim zəfər toplarının o qadir səsi.Kəsiləcək yer üzündən, inanıram mən,Müsibətin, fəlakətin ilan nəfəsi!
Bahar! Bahar! Müqəddəsdir o saf camalın,Sənin gözəl fitrətində yoxdur yamanlıq.Bir möhtəşəm aynasısan hüsnün, kamalın,Bu kamala yetişsəydi ömrüm bir anlıq.
Vətən yurdu, doğma ocaq! Bəxtiyar insan!Sənin qartal qanadınla mən uçacağam.Həyat üçün doğulmuşam yaranışımdan,Şeir, sənət aləminə nur saçacağam!
Günəş doğdu, səhər güldü, sinəm boşaldı,İlham aldım ana yurdun söz qüdrətindən.Şair könlüm rübabını eşq ilə çaldı,Bir əbədi qardaş olduq: ilk bahar və mən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-ilk-bahar-ve-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Nə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Yadıma düşdüDilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları