Ey uzaq göylərin yaxın elçisi!Şərqi təmsil edər mənəviyyatın.Rəngi-ruyimə bax, soldurdu məniŞübhələrlə dolu bir çox ayatın * .Sən dedin ki, ruhum, fikrim azadə,Üfüqlər yolçusu dəli bir quşdur.O sağır göyləra açdığın cadə †Zəif qanadlarçün, bil ki, yoxuşdur.Məncə, istəklərin olsaydı burda,Qapanardı sənə göylərin yolu;Açiq bir nəzərlə baxsan hər yurdaQanlı bir xəncərdir bəşərin qolu...Böylə bir tarixdə öylə bir dünyaBilməm ki, şairim, mümkünmü qurmaq?Məndə də bir zaman vardı o röya,Uzaq kəhkəşanda qavallar vurmaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов