Nə vaxt güləcəyəm?
Nə qədər məyus, ah, nə qədər ölgün,Nə qədər cansızam yenə mən bu gün.Dəyişmiş gördüyün köhnə şiri-nər,Əsərxəyalıma nəsimi-kədər*.Hələ gör nə halda, gör nə dəmdəyəm?Bütün varliğimla yəs, ələmdəyəm.Vücudum torpaqda, sürünür daşda,Xəyalımsa durur hamıdan başda;Rəqs edər o mavi, ağ buludlarda,Enər, nəfəs alar yaşıl otlarda.Gəzər-gəzər öylə durmadan bir an,Arar-arar, yavrum, bir geniş meydan;Öylə bir meydan ki, gülsün azadə,Çəkdiyim zillətlər düşməsin yadə.Bəşər dedikləri duyğusuz vicdan,O boyalı sima, o dönük imanBir az da çırpınsın, gülsün, əylənsinUcalmaq istərsə, bir qədər ensin;Ensin, qaranlıqdan kamiyab† olsun,Qürurun gülşəni saralsın, solsun!Dəmir qollarıyla fəxr edən kütlə,Bağırsın, hayqırsın, həm də cürətlə,Qursun bir ailə... bircə ailə...Müjdələr gəlsin bu şeyda bülbülə,O zaman gülərəm, gülərəm, heyhat...Bilməm gələcəkmi bir böylə həyat?..
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-ne-vaxt-guleceyem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyirlər arabir arxamca baxıbSadə geyimimdən gileylənirsən.
Anamın dərdiBəzən o insanı düşündükcə mən,Titrədir canımı dağlar ruzigarı;
Sevgilimin qılığıGecə cansız, gecə sakit, gecə lal!Nə qədər uçsa da uçduqca xəyal.
Dəniz gəzintisiSevgilim, gecənin rənginə bir bax!Sayrışan ulduzlar göz kimi parlaq.
Стихи других поэтов · О природе
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Səthi-cahan gülüstana dönübdürXələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,
Cənublu gözələSən gözəllər gözəlisən gözəllərin arasında,Qoy üzməsin yelkənimiz ayrılığın dəryasında.