Sabirin şərəfinə
Xəyalım bu gecə varaq-varaqdır.Dilsiz əsrləri o yaracaqdır.Gözümə bir qara keçmiş görünür,Bir qara keçmış ki, bizdən uzaqdır.O keçmiş – gecədir, buludu lay-lay,Yaslı gəlin kimi pərişandır ay;Orda təbiət də qara geyinmiş,Sonalar dərdlidir, yorğun axır çay.Orda parçalanır, didilir vətən,Tez düşür insanın saçlarına dən...Orda haqq bağıran qəhrəmanlarınBir qılıncla gedir başı bədəndən.Boy atır sünbülün, gülün möhnəti,Sönür baxışların ilk məhəbbəti.Hər kiçik laylada "dərdim var" deyirElin şirin dili, şirin söhbəti.Solğun dodaqları ah, aman gəzir,Ölümlər qapını çox yaman gəzir...Böyük bir şairin dalğın xəyalıVətən çölrini pərişan gəzir...Sabir, o günləri gətirmə yada.Dünya unutmamış səni dünyada...Sinənə çarpdıqca kinli dalğalarBir qoca dağ kimi durdun dəryada.Sən ey azadlığın səhər ruzgarı,Sınmadı qəlbinin tərlan vüqarı.Əsrlər dolaşıq gəlib keçsə də,Tarix, unutmayır mərd oğulları.Uzalı getdisə dünyadan əlin,Artıq çiçəkləndi arzun, əməlin,İnsanın haqqını özünə verdik,Hər duyan ürəkdə qalxdı heykəlin.Oyanmış bu günəş, bu yer, bu insan,Artıq nə qamçı var, nə qara zindan,Nə matəm hıçqırır bülbülün səsi,O da ilham alır insan ağzından,Azaddır ellərin çiçəkli yazı,Bu yaz danışdırır Kürü, Arazı;Bu böyük günlərə min dastan deyirŞairin lirası, aşiqin sazı.Bəzəkli yurdumuz çiçək-çiçəkdir,Hər keçən ömrümüz bir gələcəkdir,Sənin də varlığın bir günəş kimiƏsrlər boyunca sönməyəcəkdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-sabirin-serefine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qadın! O sevimli, süslü bir sona,Mən əsirəm, əlbət, əsirəm ona.
Bir qəlb ki, çalxalanarBir qəlb ki, çalxalanar, hər zaman coşar,Tufanlar keçirən dəryaya bənzər.
AndımMən and içmişəm ki, bir də qələmimGözəllərdən ilham almayacaqdır.
Bayram qabağıYenə baxır gülərüz ay pəncərəmdən xumar-xumar,Yatma, - deyir bu gün mənə sinəmdəki bu duyğular.
Стихи других поэтов · О природе
İki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,