Yada sal məni
Aşıq Şəmşir, Dəlidağdan keçəndəKəklikli daşlardan xəbər al məni.Ceyran bulağından qızlar içəndəSaz tutub, söz qoşub, yada sal məni.
Hay vurub, qıy vurub, səs sal dağlara,Gözəllər oylağı göy yaylaqlara.Mənim bu dərdimi de oylaqlara -Sinəmdən oxladı bir maral məni.
O ceyran baxışlı baxdı uzaqdan,Canımı odlara yaxdı nahaqdan.Yüz il də dolanıb keçsə o vaxtdanUnutmaz aləmdə əhli-hal məni.
Gəlmişəm gəzməyə sizin dağları,Baxım yaylaqlara doyunca barı.Bu yerə şairin düşdü güzarı,Gözəl qarşıladı xoş iqbal məni.
Bəxt məni bu yerə qonaq göndərdi,Gedirəm, yamandır ayrılıq dərdi;Demə Səməd Vurğun gəldi-gedərdi,Unutmaz bu oba, bu mahal məni…
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-yada-sal-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ты сын страны, родившей Низами,Где небо так приветно в крупных звездах.
Salam, MoskvaВосемь месяцев я не видал тебя.Смертоносный к тебе приближался шквал.
Həyat fəlsəfəsiКак уносятся птиц вереницы,Поколенья уходят в отлет, —
Partizan BabaşSorağını alsam belə bu gün sənin uzaqlardan,Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman…
Стихи других поэтов
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
İnciyərCan-i dilim, hədyana yol vermə gəl,Cüda düşər səndən, ellər inciyər.