Meydandan məni
Yagı duşmanın hərbəsiQaçırtmaz meydandan məni.Qorxaq müxənnət zərbəsiQaçırtmaz meydandan məni.
Girrəm meydana ər kimi,Durram qabaqda nər kimi,Düşman boylanar xər kimi,Qaçırtmaz meydandan məni.
Hərdən bərədə yataram,Ortada şeşpər ataram,Paşanı diri tutaram,Qaçırtmaz meydandan məni.
Aləmə bəlli hünərim,Çənlibeldə dəlilərim,Mərd igidə peşkəs sərim,Qaçırtmaz meydandan məni.
Koroğluyam, budu düzü,Comərdin sərt olar üzü,Müxənnətin tənə sözüQaçırtmaz meydandan məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-meydandan-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Günlərin bir günü Koroğlunun aşığı Cünun Ərzuruma gəlmişdi.Cəfər paşanın məclisində oxuyurdu. Söhbət arasında Cəfər paşa dedi:
Durna teliEyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı.Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: "Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?".
Koroğlunun Rum səfəriAşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.
Koroğluynan Bolu bəyXotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Hasan paşanın da canını qorxu almışdı.
Стихи других поэтов
A sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Qəzəl: Sənin fərşin ki, zahid, buriyadırSənin fərşin ki, zahid, buriyadır,Həqiqət mənzilində bu riyadır