مگر به ساحت گیتی نماند بوی وفا
مگر به ساحت گیتی نماند بوی وفاکه هیچ انس نیامد ز هیچ انس مرا
فسردگان را همدم چگونه برسازمفسردگان ز کجا و دم صفا ز کجا
درخت خرما از موم ساختن سهل استولیک از آن نتوان یافت لذت خرما
مرا ز فرقت پیوستگان چنان روزی استکه بس نماند که مانم ز سایه نیز جدا
اگر به گوش من از مردمی دمی برسدبه مژده مردمک چشم بخشمش عمدا
اگر مرا ندای ارجعی رسد امروزوگر بشارت لاتقنطوا رسد فردا
به گوش هوش من آید ندای اهل بهشتنصیب نفس من آید نوید ملک بقا
ندای هاتف غیبی ز چار گوشهٔ عرشصدای کوس الهی به پنج نوبهٔ لا
خروش شهپر جبریل و صور اسرافیلغریو سبحهٔ رضوان و زیور حورا
لطافت حرکات فلک به گاه سماعطراوت نغمات ملک به گاه ندا
صریر خامهٔ مصری میانهٔ توقیعصهیل ابرش تازی میانهٔ هیجا
نوای باربد و ساز بربط و مزمارطریق کاسهگر و راه ارغنون و سهتا
صفیر صلصل و لحن چکاوک و سارینفیر فاخته و نغمهٔ هزار آوا
نوازش لب جانان به شعر خاقانیگزارش دم قمری به پردهٔ عنقا
مرا از این همه اصوات آن خوشی نرسدکه از دیار عزیزی رسد سلام وفا
چنان که دوشم بیزحمت کبوتر و پیکرسید نامهٔ صدر الزمان به دست صبا
درست گوئی صدر الزمان سلیمان بودصبا چو هدهد و محنت سرای من چو سبا
از آن زمان که فرو خواندم آن کتاب کریمهمی سرایم یا ایها الملاء به ملا
بهار عام شکفت و بهار خاص رسیددو نوبهار کز آن عقل و طبع یافت نوا
بهار عام جهان را ز اعتدال مزاجبهار خاص مرا شعر سید الشعرا
سزد که عید کنم در جهان به فر رشیدکه نظم و نثرش عیدی مؤبد است مرا
اگر به کوه رسیدی روایت سخنشزهی رشید جواب آمدی به جای صدا
ز نقش خامهٔ آن صدر و نقش نامهٔ اوبیاض صبح و سواد دل مراست ضیا
ز نظم و نثرش پروین و نعش خیزد و اوبهم نیامد پروین و نعش در یک جا
عبارتش همه چون آفتاب و طرفهتر آنکه نعش و پروین در آفتاب شد پیدا
برای رنج دل و عیش بد گوارم ساختجوارشی ز تحیت مفرحی ز ثنا
معانیش همه یاقوت بود و زر یعنیمفرح از زر و یاقوت به برد سودا
به صد دقیقه ز آب در منه تلخ ترمبه سخره چشمهٔ خضرم چو خواند آن دریا
زبونتر از مه سی روزهام مهی سیروزمرا به طنز چو خورشید خواند آن جوزا
طویلهٔ سخنش سی و یک جواهر داشتنهادمش به بهای هزار و یک اسما
به سال عمرم از او بیست و پنج بخریدمشش دگر را شش روز کون بود بها
مگر که جانم از این خشک سال صرف زمانگریخت در کنف او به وجه استسقا
که او به پنج انامل به فتح باب سخنز هفت کشور جانم ببرد قحط و غلا
حیات بخشا در خامی سخن منگرکه سوخته شدم از مرگ قدوة الحکما
شکسته دل تر از آن ساغر بلورینمکه در میانهٔ خارا کنی ز دست رها
بدان قرابهٔ آویخته همی مانمکه در گلو ببرد موش، ریسمانش را
فروغ فکر و صفای ضمیرم از عم بودچو عم بمرد، بمرد آن همه فروغ و صفا
جهان به خیره کشی بر کسی کشید کمانکه برکشیدهٔ حق بود و برکشندهٔ ما
ازین قصیده نمودار ساحری کن از آنکبقای نام تو است این قصیدهٔ غرا
به هرکسی ز من این دولت ثنا نرسدخنک تو کاین همه دولت مسلم است تورا
اگر خری دم ازین معجزه زند که مراستدمش بیند که خر، گنگ بهتر از گویا
کمان گروههٔ گبران ندارد آن مهرهکه چار مرغ خلیل اندر آورد ز هوا
اگرچه هرچه عیال منند خصم منندجواب ندهم الا انهم هم السفها
که خود زبان زبانی به حبس گاه جحیمدهد جواب به واجب که اخسئوا فیها
محققان سخن زین درخت میوه برندوگر شوند سراسر درختک دانا
دعای خالص من پس رو مراد تو بادکه به ز یاد توام نیست پیشوای دعا
Qalmadımı bir əsər bu dünyada vəfadan?
Niyə yoxdur mənimlə üns tutan bir insan?
Deyin, laqeydlik-hara, saf ürəklilik hara,
Necə həmdəmim olsun ürəyi odlanmayan?
Mumdan xurma ağacı qayırmaq asansa da,
Ondan xurma ləzzəti almaq deyildir asan.
Dostların firqətindən mən elə gündəyəm ki,
Az qalıb kölgəmi də məndən ayırsın hicran.
İnsanlıqdan bir xəbər çatarsa qulağıma,
Gözümün bəbəyini müjdə verərəm, inan!
Eşidəndə fələktək lətafətə bürünər,
Danışanda, mələktək nəğməsi bəxş edər can.
O, Misir qələminin cırıltısı kağızda,
Ya da ərəb atının seyhəsidir gurlayan.
O Barbüdün səsimi, sazın, mismarın səsi?
Setarmı, ya çalınan kasəgər ilə arqan?
Göyərçinin, qumrunun, ya bülbülün səsidir,
Xoş sədalı quşların nəğməsidir, ruhacan.
O ünqa pərdəsində qumrunun xoş səsimi?
Ya Xaqani şerində yar dodağı deyir: can?
Bu cür səslər o qədər oxşamayır könlümü,
Bunlardan daha xoşdur dostdan yetişsə peyman.
Sədri-zaman naməsi qasidsiz, göyərçinsiz,
Mənə dünən yetişdi ancaq badi-səbadan.
Səba - bir bubbu quşu, qəmlə dolu evimsə,
Bir Səba şəhəridir, Sədri-zaman - Süleyman.
O ağıldan, təbdən iki bahar yarandı,
Biri bütün el üçün, digəri mənə ehsan.
Ümumi yaz bəzədi dünyanı, xüsusi yaz,
Mənə çatan şerdir şairlər ağasından.
Rəşidəddin dövləti əbədi bayramımdır,
Nəzmi, nəsri, bil, mənə oldu böyük ərmağan.
Əgər onun şerinin səsi dağa çatarsa,
"Rəşidəddin" sədası gələcəkdir o dağdan.
O sədrin qələminin, naməsinin nəqşindən,
Mənim qaralmış qəlbim oldu yenə çırağban.
Nəzmin, nəsrin birlikdə oxşar Nəşə, Pərvinə,
Kim görübdür onları bir nüqtədə dayanan?
Günəş kimi nur saçır ibarələr, nə əcəb,
Nəş ilə Pərvin durur Günəş ilə yanbayan?
Ürəyimin dərdinə, pərişan əhvalıma,
Salamla fərəh verdi,nəvaziş ilə dərman.
Yazısının yaqutdan, qızıldan mənası var,
Qızıl fərəh bəxş edən, yaqut sövda sağaldan.
Məni Xızır bulağı adlandırır o dərya,
Ancaq yüz qat acıyam mən derəmnə suyundan.
Cövza bürcü oxşadır əgər məni Günəşə,
Otuz günlük Ay kimi görünməzəm nurundan.
Vardı söz kisəsində otuz bir cəvahiri,
Qiymətcə min bir ada bərabərdi doğrudan.
İyirmi beş söz aldım öz yaşıma bərabər,
Kövnün altı günüdür, altı beytinə baxsan.
Məgər bu zəmanənin quraqlıq illərindən,
Ona pənah aparmış canın susuzluğundan?
Açdı beş barmağıyla sözün qapılarım,
Qurtardı can mülkümü qəhətlikdən, vəbadan.
Ey həyat bəxş edənim, Sözüm çiysə, bağışla,
Əmimin ölümündən ürəyim oldu büryan.
Sıldırım qayalara çırpılmış büllur camdan,
Daha yaman ürəyim olmuş şikəstə, viran.
Bənzərəm mən o göydən asümış sürahıya,
Ki, boynuna bağlamış ipi doğrayır siçan.
Ürəyimin səfası, fikrimin parlaqlığı,
Əmimdəndi, öldü o, getdi həvəs canımdan.
O haqqın tərəfdan, bizim arxamız idi,
Çəkdi insafsız fələk onun üstünə kaman.
Xaqani, söz sehrini qəsidən ilə göstər,
Yaşadacaq o səni yaşadıqca bu cahan.
Xoşbaxtsan, bu dövləti adına bağışladım,
Məndən belə tərifi eşitməmiş bir insan.
Bir eşşək dəm vurarsa möcüzəmdən, səsin kəs,
Dinməzsə, daha xoşdur dünyada eşşək olan.
Anla ki, gəbrlərin kamanında yox hünər,
Xəlilin dörd quşunu havada alsın nişan.
"Axmaq özünüzsünüz" deyərəm onlara mən,
Varımla dolananlar mənə tuturlar nöqsan.
Olsalar da "bilikli ağac" söz axtaranlar,
Yenə də ağacımdan meyvə alarlar hər an.
Təmiz duam daima sənin arxanda olsun,
Dua edilmək üçün yaratmış səni dövran.
- DÜNYAYA UYMAMAQ ÜÇÜN NƏSİHƏT
(Din başçılarından Nəcməddin Əhməd Simgərə)
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qeside-10
Клавиши ← → для перехода, R — случайное стихотворение