نیست اقلیم سخن را بهتر از من پادشادر جهان، ملک سخن‌راندن مسلّم شد مرا

مریم بکر معانی را منم روح القدسعالم ذکر معالی را منم، فرمان‌روا

شه‌ طغان عقل را نایب منم، نعم الوکیلنوعروس فضل را صاحب منم، نعم الفتی

دِرع حکمت پوشم و بی‌ترس گویم القتالخوان فکرت سازم و بی‌بخل گویم الصّلا

نکتهٔ دوشیزهٔ من حرز روح است از صفتخاطر آبستن من نور عقل است از صفا

عقد نظّامانِ سِحر، از من ستاند واسطهقلب ضرّابان شعر، از من پذیرد کیمیا

رشک نظم من، خورد حسان ثابت را جگردست نثر من، زند سحبان وائل را قفا

هر کجا نعلی بیندازد براق طبع منآسمان زان تیغ بران سازد از بهر قضا

بر سر همت، بِلافخر از ازل دارم کلاهبر تن عزلت بِلابغی از ابد دارم قبا

من ز من چو سایه و آیات من گرد زمینآفتاب‌آسا رود منزل به منزل، جا به جا

این از آن پرسان که آخر نام این فرزانه چیست؟وان بدین گویان که آخر جای این ساحر کجا؟

پیشکار حرص را بر من نبینی دسترَستا شهنشاه قناعت شد مرا فرمانروا

ترش و شیرین است مدح و قدح من تا اهل عصراز عنب مِی‌ پخته سازند و ز حصرم توتیا

هم امارت هم زبان دارم کلید گنج عرشوین دو دعوی را دلیل است از حدیث مصطفا

من قرین گنج و اینان خاک‌بیزانِ هوسمن چراغ عقل و آنها روزکورانِ هوا

دشمنند این عقل و فطنت را حریفان حسدمنکرند این سحر و معجز را رفیقان ریا

حسن یوسف را حسد بردند مشتی ناسپاسقول احمد را خطا خواندند جمعی ناسزا

من همی در هندِ معنی، راست همچون آدمموین خران در چینِ صورت، کوژ چون مردم گیا

چون میان کاسهٔ ارزیز دِلْشان بی‌فروغچون دهان کوزهٔ سیماب کَفْشان بی‌عطا

من عزیزم مصر حکمت را و این نامحرمانغرزنانِ برزنند و غرچگانِ روستا

گر مرا دشمن شدند این قوم، معذورند از آنکمن سهیلم کآمدم بر موت اولادالزنا

جرعه‌نوش ساغر فکر منند از تشنگیریزه‌خوار سفرهٔ راز منند از ناشتا

مغزشان در سر بیاشوبم که پیلند از صفتپوستْشان از سر برون آرم که مارند از لقا

لشکر عادند و کلک من چو صرصر در صریرنسل یأجوجند و نطق من چو صور اندر صدا

خویشتن همجنس خاقانی شمارند از سخنپارگین را ابر نیسانی شناسند از سخا

نی همه یک رنگ دارد در نیستان‌ها ولیکاز یکی نی، قند خیزد وز دگر نی، بوریا

دانم از اهل سخن هرکْ این فصاحت بشنودهم بسوزد مغز و هم سودا پزد بی‌منتها

گوید این خاقانی دریامثابت خود منمخوانمش خاقانی اما از میان افتاده قا

Şaham, mənim əlimdədir bu söz mülkü, söz diyarı,Bü dünyada tək mənimdir söz mülkünün ixtiyarı.

Nadir-nadir mənaların Məryəminə ruh verənəm,Uca, yüksək fikirlərin aləminə hakim mənəm.

Mənəm ağlın Şah Tuğanın əvəz edən qabil vəkil,Fəzilətin gəlininə sahib olan cavanam, bil.

Geyib hikmət zirehini, çağırıram hərif bu dəm,İlhamlardan süfrə açıb, uca səslə: – gəl, – deyirəm.

Mənim bakir sözlərimdir xasiyyətdə ruh tilsimi,Mənim qəlbim nurlandırır ağılları işıq kimi.

Sehr düzən şairlərə sapı verən bil mənəm, mən!Bütün şeir zərrabları hey kimiya alır məndən.

O Həssanın qəlbin yeyən bu nəzmimin həsrətidir,O Söhbana şillə vuran bu nəsrimin qüvvətidir.

İlhamımın Büraqı da hansı yerdə salarsa nal,Fələk onu döyüş üçün keskin qılınc edər dərhal.

Mübaliğə deyil əsla: “papağımdır – əzəliyyət,Guşənişin insanlara don tikirəm – əbədiyyət”.

Yer üzündə kölgə kimi sakinəmsə; diqqət et bir:Əsərlərim günəş kimi, mənzil-mənzil dünya gəzir.

Bu ustadın adı nədir? – biri deyir heyran-heyran,O biri də soruşur ki: bu sehrkar gəlmiş hardan?

Qənaətin şahlarşahı əmr verən andan bəri, –Uzansan da çatmaz mənə tamahın o boş əlləri.

Şirin mədhim əhl adama gözəl şərab olar hər an;Tutiyanı qayırırlar aləm içrə turş qoramdan.

Dilim göylər xəznəsinin açarıdır, bunu bil sən,Bu iddiam sübut olur Məhəmmədin sözlərindən.

Dəfinələr, xəzinələr içindəyəm hər zaman, bax,Onlar isə inci tapmaq həvəsilə ələr torpaq.

Bu aləmə gələn gündən, ağlın mənəm bir çırağı,Onlar isə kordur tamam, görməyirlər heç uzağı.

Dərrakəmin, qüdrətimin düşmənidir bu paxıllar,Bax, bu sehri, xariqəni eyləyirlər onlar inkar.

Bir neçə haqq tapdalayan Yusifə də dedi hədyan,Məhəmmədin sözlərini yalan saydı neçə nadan.

Mənə yurdu Hindistanda Adəm kimi tutdum qərar,Sənət yurdu Çində “mərdüm-giya” olmuş bu ulaqlar.

Qurşun kasa içi kimi qapqaradır ürəkləri,Civə qabı ağzı kimi bərk bağlanıb ver əlləri.

Sanki onlar quldurluğun məktəbini bitirmişlər,Küfrə qardaş olub, səfa dostlarını itirmişlər.

Mən ki, Misrin əziziyəm, ləyaqətsiz bu adamlar,Bazarlarda veyillənib, orda-burda namus satar.

Haqlıdırlar bir səbəblə onlar olsa mənə düşmən,Çünki Süheyl ulduzu tək öldürürəm bicləri mən.

Peymanəmin damcıların onlar içir susuzluqdan,Onlar mənim sirr süfrəmdən tör-töküntü istər hər an.

Beyinlərin laxladaram bir fil kimi zərbəmlə mən,Çıxardaram ilan təki mən onları dərisindən.

Onlar – Ad qoşunu, mənim yel qanadlı qələmim var,Onlar Yəcuc tayfasısa, mənim nitqim bir sur olar.

Əbəs yerə özlərini Xaqaniyə bənzədirlər,Heç gözəl yaz buluduna bənzəyərmi qaba süngər?

Qamışlıqda qarğıların görünsə də rəngləri bir,Birisindən şəkər çıxır, digərindən quru həsir.

Misgin, məğmun eşidərkən şerimdəki fəsahətiBeyni-başı alov tutur, artır mənə küdurəti.

Deyirlər ki, özümüzük dəniz güclü o Xaqani,Bəli, onlar Xaqanidir, ortasından atsan “qa”nı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов