گر رحم کنی جانا جان بر سرت افشانم
گر رحم کنی جانا جان بر سرت افشانمور زخم زنی دل را بر خنجرت افشانم
معلوم من از عالم جانی است، چه فرمائیبر خنجر تو پاشم یا بر سرت افشانم
بر سوزن مژگانم صد رشته گهر دارمدر دامن تو ریزم یا در برت افشانم
آئی به کف آن خنجر چون چشم من از گوهرمن گوهر عمر خود بر گوهرت افشانم
گر گوهر جان خواهی هم در کمرت دوزمور دانهٔ دل خواهی هم در برت افشانم
طاووس خودآرائی در زیور زیبائیگر دیده قبول آید بر زیورت افشانم
با من به سلام خشک ای دوست زبان تر کنتا از مژه هر ساعت لعل ترت افشانم
خاک در سلطان را افسر کن و بر سر نهتا سر به کله داری بر افسرت افشانم
آن پیکر روحانی بنمای به خاقانیتا دیدهٔ نورانی بر پیکرت افشانم
Rəhm qıl, canan, bu cam başına qurban verim,
Xəncərinlə qəlbimi yar, qoy önündə can verim.
Var-yoxum dünyada bir candır, nədir əmrin, onu,
Xəncərinə tapşırım, ya başına qalxan verim?
Əldə xəncər sən durursan, gözdə mirvarid mən,
Göz nədir, istər sənə gövhər dolu ümman verim?!
İstəsən can gövhərini, bağlaram qurşağına,
Hazıram, bu qəlbimi ağuşuna hər an verim.
İynəsində yüz tel inci saplayır kirpiklərim,
Sinənə, ya daməninə səpməyə fərman verim?
Hüsnünə cilvə verirsən bir gözəl tavus kimi,
Gəl, qəbul et gözlərimi, hüsnünə həmyan verim.
Sən quruca bir salam ilə dilin islat mənə,
Mən sənə kirpiklərimdən tərtəzə mərcan verim.
Sən o ruhani vücudunla görün Xaqaniyə,
Mən bu nurlu gözlərimi cisminə ehsan verim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qezel-246
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Sevgilim, zülfünə ənbər dedilər, mən də dedimSevgilim, zülfünə ənbər dedilər, mən də dedim,Üzünə mahi-münəvvər dedilər, mən də dedim.
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,