من ندانستم که عشق این رنگ داشتوز جهان با جان من آهنگ داشت

دستهٔ گل بود کز دورم نمودچون بدیدم آتش اندر چنگ داشت

عافیت را خانه همچون سیم رفتزآنکه دست عقل زیر سنگ داشت

صبر بیرون تاخت از میدان عشقدر سر آمد زانکه میدان تنگ داشت

از جفا تا او چهار انگشت بوداز وفا تا عهد صد فرسنگ داشت

دل بماند از کاروان وصل اوزآنکه منزل دور و مرکب لنگ داشت

نالهٔ خاقانی از گردون گذشتکه‌ارغنون عشق تیز آهنگ داشت

Bilməzdim ki, başıma bəla imiş məhəbbət,
Bu cahanda tək mənə qarşı bəslər ədavət.

Bir dəstə gül göründü gözlərimə uzaqdan,
Yaxınlaşıb nə gördüm? Yanar odmuş o afət.

Gümüştək çıxdı əldən səlamətlik, neyləyim?
Daş altından əlini çıxarmadı fərasət.

Səbr qaçıb, qurtardı məhəbbət meydanından,
Gördü hərif güclüdür, özündə yox mətanət.

Dörd barmaq yol ayırır məhəbbətlə cəfanı,
Yüz ağacdır vəfadan əhdə qədər məsafət.

Könül qaldı geridə vüsalın karvanından,
Çünki mənzil uzaqdır, at - axsaq, yol - narahət.

Xaqaninin naləsi ötüb keçdi fələkdən,
Hər addımda eşq ona göstərdi min fəlakət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви